Yunanıstanda meşə yanğınları səngimir
Afina, 25 iyul, AZƏRTAC
Yunanıstanda meşə yanğınları səngimir.
AZƏRTAC xəbər verir ki, Tanaqra, Nea İkonio, Viotiya rayonları da meşə yanğınlarına məruz qalıb.
Yanğın İliya kilsəsinə və Asorpiya yaşayış sektoruna yaxınlaşır. Kilsənin əməkdaşları təhlükəsizlik baxımından təxliyə edilib. Yanğının söndürülməsində 174 yanğınsöndürən, 42 maşın cəlb olunub. Həmçinin iki təyyarə və helikopter də yanğının söndürülməsində iştirak edir.
Qeyd edək ki, isti hava şəraiti Yunanıstanda tez-tez yanğınların baş verməsi ilə nəticələnir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]