Yunanıstanın tanınmış qəzetində Azərbaycan səfirinin Xocalı soyqırımı ilə bağlı müsahibəsi dərc olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Yunanıstanın tanınmış “Kosmos” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin qanlı Xocalı hadisələrinin 21-ci ildönümünə həsr olunmuş müsahibəsi dərc edilmişdir.
AZƏRTAC xəbər verir ki, müsahibədə azərbaycanlı diplomat Xocalı şəhərinin tarixi, faciənin xronikası haqqında məlumat vermiş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc azərbaycanlı əhalisinin kütləvi qırğınının günahkarları - Ermənistanın siyasi xadimlərinin və ASALA terror təşkilatı liderlərinin beynəlxalq-hüquq məsuliyyəti məsələlərinə toxunmuşdur.
Səfir R.Mustafayev qəzetin oxucularına Xocalı soyqırımının beynəlxalq təşkilatlar və dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən tanınması faktları ilə bağlı məlumat vermiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə və böyük müvəffəqiyyətlə həyata keçirilən “Justice for Khocali” kampaniyası haqqında danışmışdır.
Azərbaycan Respublikasının Yunanıstandakı səfiri Rəhman Mustafayevin müsahibəsi athenspress.gr, briefingnews.gr, egiakoumis.gr informasiya portallarında da dərc olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]