Zaqatalada arı ailələrinin sayı artıb
Zaqatala, 28 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda 1674 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 39 min 5 arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, ötən il rayonda arıçılıqla məşğul olan təsərrüfatların sayı əvvəlki illə müqayisədə 120 təsərrüfat, arı ailələrinin sayı isə 2231 ailə artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il Zaqatala rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 390 min 50 manat subsidiya ödənilib.
Sektor müdirinin sözlərinə görə, rayonun arıçılıq təsərrüfatlarında il ərzində 330 tonadək bal, 45 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunub. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]