Zaqatalada arpa sahələrində orta məhsuldarlıq 32 sentnerdir – biçin davam edir
Zaqatala, 18 iyun, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Muğanlı, Faldarlı, Bəhmətli, Lahıc, Dağlı və digər kəndlərin ərazilərindəki təsərrüfatlarda ilk günlər 1500 hektaradək sahənin arpası biçilib, 4800 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 32 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, cari mövsümdə rayonda 8 min 268,3 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 4 min 834,3 hektarını buğda, 3 min 434 hektarını dən üçün arpa sahələri təşkil edir. Biçin kampaniyasına, ümumilikdə, 18 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər şum traktoru, küləşpresləyən aqreqat, yük maşını, qoşqu və digər texnika cəlb edilib. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.
Müxbir – Mustafa Dadaşov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:02]
Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə - TƏLİM
- 18.06.2026 [11:18]
GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
- 18.06.2026 [11:08]