ZAQATALADA HEYVANDARLIQ İNKİŞAF ETDİRİLİR
Zaqatala, 26 yanvar (AZƏRTAC). Rayonun heyvandarları 2008-ci ildə şəxsi və fermer təsərrüfatlarında 31 milyon 156 min manatlıq heyvandarlıq məhsulları istehsal etmişlər. Bu, əvvəlki illə müqayisədə 17,5 faiz çoxdur. İl ərzində rayonda qaramalın sayı 569 baş, qoyun-keçilərin sayı 1.399 baş, arı ailələrinin sayı isə 301 ailə çoxalmışdır. Əvvəlki ilə nisbətən ət istehsalı 176 ton, süd istehsalı 763 ton, yun istehsalı 4 ton, bal istehsalı isə 2 ton artmış, 459 min ədəd çox yumurta istehsal olunmuşdur.
Ümumiyyətlə, heyvandarlığın inkişafı və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün son illərdə rayonun Bəhmətli kəndində camışçılıq, Göyəm kəndində maldarlıq, Suvagil kəndində qoyunçuluq, Yuxarı Tala kəndində arıçılıq üzrə özəl damazlıq təsərrüfatları yaradılmışdır. Bundan əlavə, Dövlət Damazlıq Müəssisəsinin fəaliyyəti bərpa edilmiş, 13 kənddə süni mayalama məntəqələri fəaliyyətə başlamışdır. 12 kənddə özəl baytarlıq xidməti aptekləri açılmışdır.
Balakən rayonunda fəaliyyət göstərən “Azəryemsənaye” MMC ilə işgüzar əlaqələr qurulmuş, şirkətin rayonda dayaq məntəqələri yaradılmışdır. Mal-qaranı qüvvəli yemlə təmin etmək üçün təsərrüfatlarda intensiv qarğıdalı sortları əkilmiş, yonca əkini sahələri genişləndirilərək 7.032 hektara çatdırılmışdır.
Hazırda “Gilan” MMC tərəfindən rayonun Muxax kəndi ərazisində inşa edilən süd emalı zavodunun tikintisində tamamlama işləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]