ZAQATALADA KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALI 9,1 FAİZ ARTMIŞDIR
Zaqatala, 18 yanvar (AZƏRTAC). 2008-ci ildə Zaqatala rayonunda 79 milyon 327 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 6 milyon 590 min manat və ya 9,1 faiz çoxdur. Bitkiçilikdə artım 4,2 faiz, heyvandarlıq məhsulları istehsalında 17,5 faiz təşkil etmişdir. Hər hektar sahədən alınan gəlir əvvəlki ilə nisbətən 286 manat və ya 10,1 faiz artaraq 3 min 123 manata çatmışdır.
Ötən ildə rayonda əkin sahələri 2007-ci illə müqayisədə 5,4 min hektar çox-25 min hektar olmuş, taxıl istehsalı 12,1 min ton, qarğıdalı 4 min 682 ton, kartof 1074 ton, tərəvəz 330 ton, meyvə 1310 ton artmışdır. Heyvandarlıq məhsulları istehsalında da yüksək artım qeydə alınmışdır. Əvvəlki illə müqayisədə ət istehsalı 176 ton, süd 763 ton, yun 4 ton, bal 2 ton artmış, 459 min ədəd çox yumurta istehsal edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]