Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB Fest” sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, oktyabr 11-13-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri KOBİA-nın saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Zaqatala” qeyd olunmalıdır).
“KOB Fest” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:12]