Zaqatalanın Bəhmətli kəndinin sakinlərinə bayram hədiyyəsi
Zaqatala, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Dekabrın 24-də rayonun Bəhmətli kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1030 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün 41 min 306 metr polad və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış məntəqəsində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib. Bu, hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına imkan verir.
Bu münasibətlə keçirilən mərasimdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilib.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndə “mavi yanacağ”ın verilməsinin onlar üçün çox dəyərli bayram hədiyyəsi olduğunu deyiblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO
- 14.06.2026 [23:41]