Zaqatalaya 120 millimetr yağıntı düşüb
Bakı, 12 may, AZƏRTAC
Mayın 11-i gün ərzində, 12-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15 radələrində dolu düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 , Zaqatalada 120 (aylıq normanın 105 faizi), Balakəndə 57, Sarıbaşda 51, Kiçik Qafqazda 4-11, Mərkəzi Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57, Lənkəran-Astara zonasında 1-2, Kiçik Qafqazda 4-11, Naxçıvan Muxtar Respublikasında 1-9, Bakıda və Abşeron yarımadasında 0,6 millimetr təşkil edib.
Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3,5 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-24, Aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan Muxtar Respublikasında 16-21 dərəcə isti təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]