Zemfira Meftahətdinova: Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm

Bakı, 5 mart, AZƏRTAC
Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm. Əgər insan sağlam yaşamaq istəyirsə, özünə daim qulluq etməli, pis vərdişlərdən uzaq durmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftahətdinova deyib.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Z.Meftahətdinova idmanın insan həyatı üçün böyük önəm kəsb etdiyini bildirib: “Dövlət tərəfindən də hər zaman idmana böyük qayğı göstərilib. İdmançılarımızı təbrik edirəm. Bu il, həmçinin Olimpiya ilidir. Ümid edirəm ki, 2024-cü il Azərbaycan idmançıları üçün düşərli olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [20:09]
Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
- 25.04.2025 [18:07]
Türkiyə klubu UEFA Gənclər Liqasının finalına yüksəlib
- 25.04.2025 [17:59]
"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik
- 25.04.2025 [17:54]
Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək
- 25.04.2025 [17:52]
"Azərreyl"in voleybolçusu: Çempion olmaq gözəl hissdir
- 25.04.2025 [16:45]