Zərdablılar ümümmilli lider Heydər Əliyevin doğum gününü təntənə ilə qeyd etmişlər
Zərdab, 10 may (AZƏRTAC). Bu günlər Prezident İlham Əliyevin rayona səfərinin doğurduğu xoş təəssüratları yaşayan zərdablılar ümummilli liderimiz Heydər Əliyevin andan olmasının 88-ci ildönümünü silsilə tədbirlərlə qeyd etmişlər.
Mayın 9-da rayonun Qaravəlli və Gəlmə kəndlərində poçt şöbələrinin yeni binaları istifadəyə verilmişdir. Şöbələr Qaravəlli, İsaqbağı, Böyük Dəkkə, Gəlmə, Əlibəyli və Allahqulubağı kəndlərinin əhalisinə xidmət göstərəcəkdir. Şəhərin 15-ci məhəlləsinin və Təzəkənd kəndinin sakinləri təbii qazdan istifadə etməyə başlamışlar.
Ulu öndərin doğum günü ərəfəsində Dövlət Bayrağı meydanının da açılışı olmuşdur. İndi burada 18 metr yüksəklikdə uzunluğu 5, eni 2,5 metr olan bayrağımız dalğalanır.
Mayın 10-da minlərlə zərdablı yenidən qurulmuş Heydər Əliyev parkında keçirilən bayram tədbirində iştirak etmişdir. Rayon rəhbərliyi, ziyalılar, veteranlar və gənclər ulu öndərin abidəsi önünə əklil və çiçəklər qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusuna ehtiramlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bayram tədbirini açaraq zərdablıları təbrik etmiş, ulu öndərin zəngin həyat və siyasi fəaliyyəti barədə danışmışdır.
Tədbir incəsənət ustalarının maraqlı bayram konserti ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]