Zirə qəsəbəsi sakinindən narkotik maddələr aşkarlanaraq götürülüb
Bakı, 5 sentyabr, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində Zirə qəsəbə sakini İ.Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin və 10 ədəd metadon həbi aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə 4 kiloqram 550 qram marixuana, 212 qramdan artıq heroin, 240 qramdan çox tiryək və daha 500 metadon həbi götürülüb.
Faktla bağlı araşdırma aparılır.