Azərbaycanda dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası açıqlanıb

08.11.2014 [03:15]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən cari ilin 10 ayında təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilərək 711 akt tərtib olunub. İdarədən AzərTAc-a verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış ...

Azərbaycan ilə İran arasında İKT və poçt sahəsində sazişin imzalanması ilə bağlı razılıq əldə olunub

07.11.2014 [19:50]
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə ilə görüşüb ...

Reklam xarakterli SMS-lərin göndərilməsi məhdudlaşdırılacaq

07.11.2014 [19:06]
Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi məsələsi məcburi qaydada həll ediləcək. Bunun üçün abunəçilər xidmətləri göstərən operatora müraciət etməlidirlər. Əgər mobil operator şikayəti təmin edə bilmirsə, biz tənzimləyici sənəd hazırlamışıq. ...

İlin sonunadək ölkə əhalisi rəqəmli TV yayımı ilə tam əhatə olunacaq

07.11.2014 [17:38]
Bu ilin sonunadək ölkə əhalisi rəqəmli televiziya yayımı ilə tam əhatə olunacaq. Hazırda rəqəmli yayım analoqla paralel həyata keçirilir. AzərTAc xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki, rəqəmli TV ilə əhatə olunmayan yaşayış məntəqələri əsasən ucqar yaşayış yerləridir ...

Yaxın altı il ərzində Azərbaycanda 1000-dək beynəlxalq standart tətbiq olunacaq

06.11.2014 [19:59]
Yaxın altı il ərzində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən ölkədə 1000-dək beynəlxalq standartın tətbiqi nəzərdə tutulur. Hazırda sənaye sahəsində 20-yə yaxın beynəlxalq standart qəbul olunub. ...

İltimas Məmmədov: Son bir neçə ayda ölkədə 120 min qanunsuz istifadə olunan telefon aşkarlanıb

06.11.2014 [16:44]
Son bir neçə ayda ölkədə 120 min qanunsuz istifadə olunan telefon aşkarlanıb və onların istifadəsi tam dayandırılıb. Bu barədə AzərTAc-a rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov məlumat verib. O bildirib ki, ölkədə ilin əvvəlindən başlayaraq ...

“Elektron hökumət” portalı üçün təkliflər hazırlanacaq

06.11.2014 [15:54]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin işçi qrupu bütün dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin monitorinqini aparır. Mərkəzdən AzərTAc-a bildirilib ki, monitorinqlər zamanı məlumat bazaları və onların ...

Beynəlxalq standartlar informasiya texnologiyaları və təhlükəsizliyi üçün əsas alətdir

06.11.2014 [12:48]
İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyini, bu sahədə inkişaf strategiyasının hazırlanmasını beynəlxalq standartlar olmadan təsəvvür etmək mümkün deyil. Beynəlxalq ekspert Nikolay Aqrinski informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində ...

Birinci qrant müsabiqəsində qalib gəlmiş 31 layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edilib

05.11.2014 [12:38]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsində qalib gəlmiş 31 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. AzərTAc xəbər verir ki, müsabiqəyə 194 layihə təqdim olunub. Onların 95-i fiziki şəxslərə ...

İran Azərbaycan dilində müntəzəm yayımlanan televiziya kanalı açacaq

04.11.2014 [20:50]
İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin Bakıya səfərinin nəticəsi olaraq İranda Azərbaycan dilində müntəzəm yayımlanan yeni televiziya kanalının açılması nəzərdə tutulur. Bu barədə AzərTAc-a rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov ...

Macarıstanlı nazir yüksək texnologiyalar sahəsində Azərbaycanla birgə layihələr həyata keçirilməsini dəstəkləyir

04.11.2014 [16:24]
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib ...

Satış məntəqələrindəki mobil cihazların “IMEI” nömrələrinin qeydiyyatı yoxlanılacaq

03.11.2014 [14:50]
Sahibkarlar yalnız sertifikatlaşdırılmış və “IMEI” nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışını təşkil edə bilərlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə əlaqədar qurumlarla birgə satış məntəqələrindəki ...

Azərbaycan genişzolaqlı internetin inkişafı üzrə MDB məkanında liderdir

03.11.2014 [08:41]
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı internetin inkişafını əks etdirən hesabatında Azərbaycanın mövqeyi daha da yüksəlib. Qeyd edək ki, ictnews.az saytının məlumatına görə, reytinqlər BTİ ilə UNESCO-nun rəqəmli inkişafın təşviqi məqsədilə yaratdıqları ...

“Elektron hökumət” portalında yeni sistem istifadəyə verilib

03.11.2014 [05:16]
“Elektron hökumət” portalı üzərindən təqdim edilən xidmətlərin istifadəsi ilə əlaqədar “Əks əlaqə” və “Müraciətlər” adlı xüsusi bölmə hazırlanıb. Məlumat Hesablama Mərkəzindən AzərTAc-a bildirilib ki, vətəndaşlar portalda “Müraciətlər” bölməsinə daxil olaraq (həmçinin hər bir e-xidmət səhifəsində olan ...

Ölkəyə gətirilən mobil cihazların qeydiyyatında ödənişli sistemin tətbiqinə başlanılır

01.11.2014 [12:05]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması qaydası”na əsasən, noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatında ödənişli sistem tətbiq olunur ...

“Bakcell” rouminq qiymətlərini endirir

31.10.2014 [20:10]
“Bakcell” şirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən abunəçiləri üçün Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib. Noyabrın 1-dən etibarən bu ölkədə səfərdə olan abunəçilər rouminqdə səs və internet xidmətlərindən çox sərfəli qiymətə faydalana biləcəklər ...

Küveytdə “Bakutel” sərgisinə böyük maraq var

30.10.2014 [19:13]
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb ...

Mobil telefonlara göndərilən reklam xarakterli SMS-lər üzrə araşdırmalar aparılıb

29.10.2014 [22:00]
Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bunun müqabilində bir sıra hallarda onların balansından vəsait çıxılması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı Milli Məclisə və digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) şikayətlər daxil olub ...

“Bakı 2015 - Avropa Oyunları”na həsr olunmuş poçt markaları buraxılacaq

29.10.2014 [21:45]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti tərəfindən 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş altı poçt markası buraxılacaq. Nazirlikdən AzərTAc-a bildirilib ki, markaların üzərində Heydər Əliyev adına Arena, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Milli Gimnastika Arenası ...