Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub

17.10.2019 [21:53]
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Heydər Əliyev Mərkəzinin və Kocaeli Azərbaycanlı Tələbələr Dərnəyinin (KATD) birgə təşkilatçılığı ilə ...

Ədliyyə Nazirliyində Nəsimi yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

17.10.2019 [19:56]
Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunaraq böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi geniş qeyd edilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən Nəsiminin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər təşkil edilir ...

650 min ağacın əkilməsi Nəsimi dühasının bütün dünyaya verdiyi bir töhfə olacaq

17.10.2019 [17:54]
“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsü xüsusi rəğbətlə qarşılanır. Hər kəs həmin təşəbbüsə böyük həvəslə qoşulmağa hazırdır ...

Ağdaş sakini: Hamımız 650 min ağac əkilməsi təşəbbüsünə qoşulmuşuq

17.10.2019 [17:36]
Ağdaş aran bölgəsidir. Bizim üçün hər bir ağacın dəyəri var. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü bütün ağdaşlılar kimi, bizim Qulbəndə kəndinin sakinləri tərəfindən də rəğbətlə qarşılanıb ...

İordaniya Universitetində konfrans: Şərq ədəbiyyatı tarixində Nəsiminin yeri

17.10.2019 [14:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq, ölkəmizin İordaniya Haşimilər Krallığındakı Səfirliyi tərəfindən bu ölkənin ən nüfuzlu ali təhsil ocağında - İordaniya Universitetində ...

Fəxrəddin Kərimov: Hər bir əkilən ağac əlavə oksigen mənbəyi deməkdir

17.10.2019 [10:21]
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilib ...

UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib VİDEO

17.10.2019 [09:07]
Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib. AZƏRTAC xəbər verir ki, UNESKO yanında daimi nümayəndəliyimizin ...

İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasıdır

16.10.2019 [18:21]
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olaraq, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində ...

Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib VİDEO

16.10.2019 [13:44]
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu nəcib təşəbbüsə geniş ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, diplomatik korpusun ...

“İmadəddin Nəsimi və folklor” mövzusunda konfransa hazırlıq məsələləri müzakirə edilib

16.10.2019 [12:25]
Oktyabrın 16-da “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “İmadəddin Nəsimi və folklor” mövzusunda Respublika elmi-praktik konfransının keçirilməsi ilə bağlı layihə üzrə seminar təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb ...

“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır

16.10.2019 [11:18]
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan qəbiristanlığı”nda epiqrafik tədqiqatlara başlayıblar. İnstitutun numizmatika və epiqrafika şöbəsinin müdiri ...

Özbəkistanın milli xəbər agentliyi Nəsiminin 650 illiyi ilə bağlı məqalə yayıb

16.10.2019 [08:46]
Özbəkistan milli informasiya agentliyi (UzA) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı özbək dilində geniş məqalə dərc edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın dostu, tanınmış jurnalist Rüstəm Cabbarovun müəllifi olduğu məqalədə şairin həyat və ...

Bir gündə 650 min ağac əkilməsi ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə daha bir töhfədir

16.10.2019 [08:05]
Dünya poeziyasının ən kamil nümunələri sırasında özünəməxsus yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...

Əhmədalı Əhmədov: Ağacəkmə aksiyasında bütün şamaxılılar həvəslə iştirak edəcəklər

15.10.2019 [14:09]
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünya şöhrətli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük mütəfəkkirin doğma yurdunda – Şamaxıda da razılıqla qarşılanıb. Gələn ay keçiriləcək ağacəkmə aksiyasına indidən səylə hazırlıq işləri görülür ...

Şamaxılı gənc: Bir gündə 650 min ağac əkək təşəbbüsünə Yer kürəsinin gələcəyi üçün maraqlı olan dünya gəncləri də qoşulmalıdır

15.10.2019 [11:24]
Şamaxı rayon gəncləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək təşəbbüsünü böyük maraqla və razılıqla qarşılayıblar ...

650 min ağac əkək: Şamaxıda ağac əkiləcək ərazilər müəyyənləşdirilir, sahələr təmizlənir, çalalar qazılırVİDEO

15.10.2019 [10:25]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduğu kimi, böyük şairin doğulduğu Şamaxı rayonunda da minnətdarlıqla qarşılanıb. Hazırda rayonda bu təşəbbüslə ...

Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

12.10.2019 [05:54]
Astara rayonundakı Kakalos Kənd Folklor Evində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Nəsimi ili” çərçivəsində baş tutan tədbirdə əvvəlcə Azərbaycan əsilli müğənni ...

Masallıda “Nəsimi ili” çərçivəsində keçirilən rəsm müsabiqəsinin qalibləri məlum olub

11.10.2019 [18:05]
Oktyabrın 11-də Masallı şəhərindəki Gənclər Mərkəzində “Nəsimi ili” çərçivəsində rəsm müsabiqəsi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100-ə yaxın yeniyetmə və gənc öz istedad və bacarığını nümayiş etdirib ...

Azərbaycan Dillər Universitetində “Nəsimi və intibah ideyaları” adlı elmi konfrans keçirilib

11.10.2019 [12:44]
Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi və intibah ideyaları” adlı elmi konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Dillər Universitetinin ...