Xızıda evində partlayıcılar gizlədən və Giləzi qəsəbəsində qumbara partladan şəxslər saxlanılıb VİDEO

23.06.2020 [10:46]
İyunun 21-i gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar şöbə əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar ...

Kür çayında 16 yaşlı yeniyetmə boğulub VİDEO

22.06.2020 [23:22]
Kür çayında faciəli hadisə baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciəli hadisə iyunun 22-də olub. Belə ki, İmişli rayonunun Telişli kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Aqil Şahverdi oğlu Kür çayının Kürdəmirin Mollakənd kəndi ərazisindən keçən ...

Cəlilabadda genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb VİDEO

22.06.2020 [18:54]
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Cəlilabad şəhərində koronavirus pandemiyası ilə mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı ...

Lənkəran Dövlət Dram Teatrı “Manqurt” tamaşasını onlayn nümayiş etdirəcək

22.06.2020 [17:46]
Lənkəran Dövlət Dram Teatrı iyunun 24-də saat 19:00-da özünün rəsmi “facebook” səhifəsində görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında Xalq artisti, rejissor Firudun Məhərrəmovun quruluş verdiyi və səhnələşdirdiyi “Manqurt” ikihissəli dramını onlayn qaydada ...

Qubada 3 evə ildırım düşüb VİDEO

22.06.2020 [17:16]
İyunun 22-si günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan, dağlıq ərazilərdə isə dolu yağıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə ...

Mürəbbə ilin bütün fəsillərində immuniteti gücləndirmək üçün çox xeyirlidir – Tovuzdan reportaj VİDEO

22.06.2020 [16:49]
Bölgələrdə meyvə-tərəvəz yığımının davam etdiyi bu günlərdə çeşid-çeşid mürəbbə və kompot bişirərək qışa azuqə toplayanlar az deyil. Ənənəvi mürəbbədən başqa qoz, qızılgül, hətta badımcan və pomidordan da mürəbbə bişirib tədarük edənlər var ...

Əli Cabbarov: Naxçıvanda sosial məsafəli daxili turizmin inkişafı üçün geniş imkanlar var

22.06.2020 [16:44]
Bütün dünya ölkələrində yayılmış mövcud pandemiyanın davam etdiyi bir şəraitdə turizmin inkişafı məsələsi maraq doğurur. Bu istiqamətdə bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də daxili turizmin inkişafı perspektiv məqsədlər arasında yer almaqdadır. Bu mənada zəruri sosial məsafə şərtləri daxilində turların təşkilinə ...

Oğuzun kəndlərində yeni subartezian quyuları qazılır

22.06.2020 [15:36]
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 13 aprel tarixli Sərəncamının icrası olaraq, Azərbaycan Meliorasiya və Su ...

Cəlilabadlı taxılçıların hədəfi 210 min tondan çox məhsul tədarük etməkdir - FOTO VİDEO

22.06.2020 [14:53]
Qədim əkinçilik ənənələrinə malik Cəlilabad rayonunun taxılçılarının əməyi sayəsində bu il də zəmilərdə bol məhsul yetişdiriblər. Təsərrüfat sahiblərinin builki hədəfi taxıl biçinindən 210 min tondan artıq taxıl tədarük etməkdir. AZƏRTAC xəbər verir ki, aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin ...

Tərtər şəhərinin küçələrində və çoxmənzilli yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb

22.06.2020 [14:50]
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq, COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir ...

Naxçıvanın xarici ticarət dövriyyəsinin həcmi 155 milyon ABŞ dollarını ötüb

22.06.2020 [14:49]
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-may aylarında 155 milyon 506 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb ...

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

22.06.2020 [13:55]
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə də tətbiq olunan iki həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin mərkəzi hissəsində ...

Zaqatalalı kümçülər 36,1 ton yaş barama istehsal ediblər

22.06.2020 [13:33]
Builki mövsümdə barama yetişdirmək üçün Zaqatala rayonunda kümçülərə 1450 qutu ipəkqurdu paylanılıb. Kümçülər cari mövsümdə 36,1 ton yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və ...

Beyləqanda 36 mənzilli yaşayış binası tikilir

22.06.2020 [13:31]
Beyləqanda istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binası inşa edilir. Yaşayış binasının tikintisi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 fevral tarixli Sərəncamına əsasən həyata keçirilir ...

Hacıqabulda qanunsuz silah gəzdirən şəxs saxlanılıb

22.06.2020 [13:01]
Hacıqabulda qanunsuz silah gəzdirən şəxs saxlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməliyyat tədbirləri çərçivəsində əvvəllər məhkum olunan Hacıqabul sakini ...

İsmayıllının üzüm bağlarında becərmə işləri davam etdirilir

22.06.2020 [12:55]
Üzümçülük İsmayıllı rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və hazırda plantasiyalarda becərmə işləri aparılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə cərgəaralarına kultivasiya çəkilir ...

Muxtar respublikada hüquqi və fiziki şəxslərə 62 milyon manatdan çox kredit verilib

22.06.2020 [12:53]
Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 62 milyon 535 min 400 manat məbləğində kreditlər verilib ...

Kürdəmirdə 14,8 tondan çox barama tədarük olunub

22.06.2020 [12:50]
Kürdəmir rayonunda barama tədarükü başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə kümçülər tərəfindən 14 ton 819,5 kiloqram barama tədarük olunub və “Azəripək” MMC-yə təhvil verilib ...

Yanvar-may aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 404 milyon 425 min manat çox vəsait yönəldilib

22.06.2020 [12:14]
2020-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 404 milyon 425 min 200 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan ...