İyunun əvvəlindən indiyədək Ukrayna sularında 103 nəfər boğularaq həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Təkcə ötən sutka ərzində 10 nəfər Ukrayna sularında boğulub ...

Gürcüstanda eyni gündə ardıcıl iki zəlzələ olub

12.06.2019 [14:35]
İyunun 12-də Gürcüstanda ardıcıl olaraq eyni bölgədə iki zəlzələ baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, birinci yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Samtsxe-Cavaxetiya bölgəsində ...

Hindistanda güclü siklonun yaxınlaşması barədə xəbərdarlıq edilib

12.06.2019 [13:23]
Hindistanın Hucarat ştatının Baş Naziri Vicay Rupani güclü “Vayyu” siklonun yaxınlaşması səbəbindən turistlərə ölkənin qərbindəki bəzi rayonlara getməməyi tövsiyə edib. AZƏRTAC bu barədə yerli “Business Standard” qəzetinə istinadla xəbər verir. “Mən Hucarat ştatına gələn və Dvarka ...

Əfqanıstanda səhvən endirilən aviazərbə nəticəsində beş hərbçi həlak olub

12.06.2019 [13:17]
Əfqanıstanın şimal-şərqindəki Qunduz əyalətində hərbi bazaya səhvən endirilən aviasiya zərbəsi nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı beş əməkdaşı həlak olub, yeddi nəfər isə yaralanıb. AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, İmam-Sahib qəzasında ...

Birləşmiş Ştatların neft ehtiyatları artır

12.06.2019 [12:28]
Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb. AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə ...

Yaponiya və ABŞ Cənubi Çin dənizində birgə hərbi təlimlər keçirir

12.06.2019 [12:20]
Yaponiya və ABŞ Cənubi Çin dənizində “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də qatıldığı birgə hərbi təlimlər keçirirlər. AZƏRTAC “Sankei” qəzetinə istinadla xəbər verir ki, təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin “İzumo” helikopter daşıyan gəmisi də iştirak edir ...

Donald Tramp Kim Çen Indan dostluq mesajı alıb

12.06.2019 [12:18]
ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan “çox isti” və “çox gözəl” mesaj aldığını deyib. AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, Donald Tramp Vaşinqton və Pxenyanın yaxın gələcəkdə daha bir sammit keçirməyə və sazişə nail ola biləcəyinə əminliyini ifadə edib ...

“Uber” 2023-cü ildə Melburnda hava taksisini istifadəyə verəcək

12.06.2019 [12:12]
Melburn “Uber” kompaniyasının hava taksisini istifadəyə verəcəyi şəhərlərdən biri olacaq. AZƏRTAC Avstraliyanın ABC teleradio kompaniyasına istinadla xəbər verir ki, “Uber Air” adlı servis yaxın illərdə Amerikanın Texas ştatının Dallas və Kaliforniya ştatının Los-Anceles şəhərlərində fəaliyyətə başlayacaq ...

Odessada xəstəxanada baş verən yanğında ölənlərin sayı 7-yə çatıb

12.06.2019 [11:57]
Ukraynanın Odessa şəhərində psixiatrik xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Onlardan biri xəstəxanada keçinib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Hazırda yanğından ...

ABŞ-da F-35 qırıcılarında xüsusi təlim keçən türkiyəli heyətin fəaliyyəti dayandırılıb

12.06.2019 [11:52]
ABŞ-ın Arizona ştatındakı “Luke” aerodromunda F-35 qırıcıları ilə xüsusi təlim keçən türkiyəli hərbi pilotların fəaliyyəti dayandırılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrindən 4 pilot ...

Ukraynada yük avtomobilinin çaya düşməsi nəticəsində azı 4 nəfər həlak olub

12.06.2019 [11:50]
Ukraynanın Zakarpatya vilayətində yük avtomobilinin çaya düşməsi nəticəsində azı dörd nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı xəbərə əsasən avtomobildə 5 nəfər olub, hazırda beşinci şəxsin axtarışları davam etdirilir ...

Avropa İttifaqı ərazisində dronların uçuşu ilə bağlı vahid qaydalar tətbiq olunacaq

12.06.2019 [11:42]
Son illərdə həvəskarlar arasında sevimli əyləncə aparatına çevrilən dronlar getdikcə rəsmi qurumları narahat edir. Son dövrlərdə bir sıra Avropa ölkələrində hava limanları ərazisində dronların hava nəqliyyatının fəaliyyətini pozması isə Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyini (EASA) bu istiqamətdə yeni qaydalar tətbiq etməyə vadar edib ...

Türkiyədə PKK terrorçuları ilə atışmada 4 hərbçi yaralanıb

12.06.2019 [09:29]
Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli bölgəsində antiterror əməliyyatı keçirən hərbçiləri PKK terrorçuları ilə üz-üzə gəliblər. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, terrorçular hərbçilərin “təslim ol” çağırışına məhəl qoymadan atəşə başlayıblar ...

BƏƏ-də “onlayn dilənçi” 17 gündə 50 min dollar qazanıb

12.06.2019 [08:42]
Dubayda yaşayan xarici vətəndaşlığı olan qadın sosial şəbəkələrdə özünü bədbəxt nikahın qurbanı kimi qələmə verərək, yerli əhalidən 17 gündə 184 min dirhəm (50 min dollar) əldə edib. AZƏRTAC xəbər verir ki, bu barədə Dubay polisinin rəsmi hesabatında ...

Britaniya sakini lotereyada 156 milyon dollar udub

12.06.2019 [08:29]
Böyük Britaniya sakini “EuroMillions” lotereyasında 123 milyon funt-sterlinq (156 milyon dollar) qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub. AZƏRTAC xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb. Qeyd edək ki, birinci “EuroMillions” lotereyası 2004-cü il fevralın ...

Yaponiyanın Baş Naziri son 41 ildə ilk dəfə İrana rəsmi səfərə yola düşüb

12.06.2019 [08:21]
Yaponiyanın Baş Naziri Şinzo Abe iyunun 12-də İrana rəsmi səfərə yola düşüb. AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində onun İranın Ali rəhbəri Ayətullah Əli Xameneyi və Prezident Həsən Ruhani ilə görüşəcəyi gözlənilir ...

Böyük Britaniya 2050-ci ilə qədər sıfır karbon emissiyası həyata keçirəcək

12.06.2019 [07:40]
Böyük Britaniya 2050-ci ilə qədər sıfır karbon emissiyası həyata keçirəcək. AZƏRTAC xəbər verir ki, çərşənbə günü parlamentdə iqlim dəyişikliyi ilə əlaqədar qərar qəbul edilib. Qərara əsasən İngiltərə sıfır karbon emissiyalarını qanunvericiliklə ...

Polşa 5G texnologiyasının ləğvi ilə bağlı qlobal çağırışa imza atıb

12.06.2019 [06:07]
Polşanın Baş Naziri Mateus Moraveski 5G texnologiyalarının istifadəsinin dayandırılması barədə beynəlxalq çağırışa qoşularaq müvafiq sənədi imzalayıb. AZƏRTAC-ın verdiyi məlumata görə, dünyanın aparıcı 2000 elm xadimi və 1400 həkiminin iştirakı ilə aparılmış ...

Gürcüstanın valyuta ehtiyatları artıb

12.06.2019 [04:05]
Gürcüstanın valyuta ehtiyatları artaraq müstəqillik illərində ən yüksək həddə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə yerli mətbuat Gürcüstan Milli Bankına istinadla məlumat yayıb. Gürcüstan Milli Bankının məlumatına görə, ölkənin ...