Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beşinci Qlobal Bakı Forumu rəsmi hissədən sonra işini iclaslar və plenar sessiyalarla davam etdirib YENİLƏNİB VİDEO

Birinci iclasda “Beynəlxalq münasibətlərin gələcəyi” 
mövzusunda geniş müzakirələr aparılıb

Bakı, 16 mart, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Forum rəsmi hissədən sonra işini “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda birinci iclasla davam etdirib.

AZƏRTAC xəbər verir ki, iclasın moderatoru Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğulayıb.

İclasda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Respublikasının Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak ediblər.

Monteneqro Prezidenti Filip Vuyanoviç müasir dövrdə elmi-texniki tərəqqi nəticəsində insanların bütün imkanlardan yararlanaraq daha yaxşı yaşadıqlarını bildirib. Hazırda dünyanın bir sıra problemlərlə üzləşdiyini deyən Prezident Filip Vuyanoviç qeyd edib ki, insanlıq terrorizm kimi ciddi bəla ilə üzləşib, günahsız insanların həyatına son qoyulur. Aclıq və digər problemlər səbəbindən demokratiyaya ciddi zərbə vurulur.

Bu problemlərin qarşısının anılmasında beynəlxalq səviyyədə səylərin və güclərin birləşdirilməsinin əhəmiyyətini diqqətə çatdıran dövlət başçısı bildirib ki, yalnız bu halda beynəlxalq münasibətlər daha yaxşı inkişaf edəcək.

Prezident Filip Vuyanoviç bu məsələlərin həlli yollarının axtarıldığı Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini çatdırdı. O bildirdi ki, indi inteqrasiya ümumi rifahın inkişafına böyük töhfə verə bilər. Monteneqro da bu siyasəti əsas tutur və ümid edir ki, regiona yaxşı nümunə olacaq.

Makedoniya Respublikasının Prezidenti Georgi İvanov hazırkı dövrdə mövcud problemlərin dərindən öyrənilməsinin gələcəyin daha dəqiq proqnozlaşdırılması baxımından önəmini vurğulayaraq bildirdi: “Hazırkı dövr biz insanlar üçün çox təhlükəlidir. Çünki biz terrorçuların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalan xəbərlər yayır, geniş təbliğat işləri apararaq əhali arasında qorxu hissi yaradırlar. Məhz bunun nəticəsidir ki, bu proses hazırda ən yüksək səviyyəyə çatıb. Əslində, biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. Biz indiyədək qorxu ilə yaşamışıq. Lakin bundan sonra ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur.

Yeni dünya nizamının çoxqütblü olacağını vurğulayan Makedoniya Prezidenti bildirib ki, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq. Buna görə də müxtəlif mədəniyyətlər və millətlər arasında dialoqu təşviq etməli, müxtəlifliyə hörmətlə yanaşmalıyıq. Makedoniya da bu sahədə Azərbaycan kimi hərəkət edir və inteqrasiya yolunu seçib.

Albaniya Prezidenti Buyar Nişani bildirib ki, ölkəsi kiçik olsa da, digər xalqların və ölkələrin inkişafına da öz töhfəsini verib. Kommunizmin süqutundan sonra Albaniyanın sürətlə inkişaf etdiyini, etibarlı tərəfdaş olduğunu deyən dövlət başçısı bildirib: “Yerləşdiyimiz region böyük imkanlar məkanıdır və bu imkanlardan səmərəli istifadə edilməlidir. Biz müharibələr, problemlərlə üzləşməyimizə baxmayaraq, yeni reallıqla ayaqlaşaraq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edirik. Biz eyni regionda yaşadığımız üçün birgə məqsədlərə nail olmağa çalışmalıyıq. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur və bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu, bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq”.

Albaniyanın zəngin təbii sərvətlərə, bol su ehtiyatlarına, yaxşı iqlimə və sahil zonaya malik olduğunu vurğulayan Prezident Buyar Nişani bildirib ki, biz bu sərvətlərdən istifadə edə və qonşu dövlətlərlə əməkdaşlığı dərinləşdirə bilərik. Sərmayədarları cəlb edə bilərik ki, layihələri uğurla icra edək. Biz sülhü, sabitliyi və inkişafı təmin etməkdə yaxşı nümunə olacağıq. Yaxşı liderlər bizim dünyanı daha yaxşı dünyaya aparacaqlar, amma insanlarla açıq və səmimi münasibət lazımdır. Biz bu istiqamətdə Azərbaycan Respublikasının səylərini, Qlobal Bakı forumlarının əhəmiyyətini yüksək qiymətləndiririk.

Son illər dünyada gərginliklərin və münaqişələrin daha da artdığını qeyd edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib: “Otuz il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizi xatırlasaq görərik ki, o zaman düşüncələrimiz daha nikbin idi. Həmin dövrdə insanların “Soyuq müharibə”nin sonunda daha çox imkanların yaranacağına, sülh və əməkdaşlığın dərinləşəcəyinə ümidləri böyük idi. Amma bu gün elə bir dünyanın şahidiyik ki, bu dünyada terrorizm, qırğınlar, müharibələr baş verir”.

Gürcüstanın qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olduğunu diqqətə çatdıran Prezident Giorgi Marqvelaşvili bildirib ki, biz beynəlxalq əməkdaşlığa inanırıq. Qloballaşan bu dünya sülhə və sabitliyə gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada sülhyaratma missiyalarında iştirak edirik. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü bundan əziyyət çəkir.

Prezident Giorgi Marqvelaşvili vurğulayıb ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə açıq tərəfdaşlıq əlaqələrinə malikdir və bu əməkdaşlığı gələcəkdə də inkişaf etdirməyə hazırdır.

“Təəssüf ki, biz təhlükəsiz və sabit dünyada yaşamırıq”, - deyən Latviya Prezidenti Raymonds Veyonis çıxışında qeyd etdi ki, hazırda davam edən münaqişələr, böhranlar nəticəsində beynəlxalq münasibətlər kəskin dəyişib. Mövcud münaqişələr beynəlxalq sülhə və sabitliyə ciddi təhlükə törədir. Biz beynəlxalq münasibətləri sabitləşdirmək üçün qlobal səviyyədə fəaliyyətlərin həyata keçirilməsi baxımından ən uyğun platforma olan BMT-nin fəaliyyətini daha da təkmilləşdirməli və gücləndirməli, onun dəyərini artırmalıyıq. BMT qlobal səviyyədə təhlükəsizlik və müdafiənin, iqtisadi və sosial səviyyədə əməkdaşlığın, insan hüquqlarının təmin olunmasında mühüm rol oynaya bilər.

Avropanın təhlükəsizliklə bağlı problemlərdən sığortalanmadığını vurğulayan Latviya Prezidenti bildirib ki, Avratlantik məkan da bir sıra problemlərlə üzləşir. Biz bu məkanda ekstremizmin, korrupsiyanın, insan hüquqlarının pozulmasının ağır fəsadlarını görürük. Belə hallar xüsusilə Şimali Afrikada və Yaxın Şərqdə daha çox baş verir.

Münaqişələrin qısa müddətdə və ədalətli həlli ilə bağlı BMT-nin qətnamələrinin mümkün qədər tez icra olunmasının vacibliyini bildirən Prezident Raymonds Veyonis deyib ki, Latviya münaqişələrin sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həll olunmasını dəstəkləyir. Münaqişələrin həlli Avropa üçün də çox vacibdir. Bunun üçün həm də güclü siyasi iradə tələb olunur. Hazırda dünyada baş verən böhranlar, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr tezliklə sülh yolu ilə həll edilməlidir.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal deyib ki, hazırda dünyada mövcud problemlər ciddi geosiyasi risklərə gətirib çıxarıb, yeni böhranlar yaranır, mövcud münaqişələr, gərginliklər daha da dərinləşir. Bu, həm də o səbəbdən baş verir ki, mötəbər beynəlxalq qurumlar öz vəzifələrini lazımınca yerinə yetirə bilmirlər. İkinci Dünya müharibəsinin qaliblərinin baxışı dünyaya sülh gətirmək idi. Lakin risklərin qarşısının alınması üçün vaxtında və lazımi səviyyədə addımların atılmaması ciddi problemlər doğurub. Qloballaşan dünyanın İkinci Dünya müharibəsi dövründəkindən çox fərqli olmasına baxmayaraq, dünya hazırda “Soyuq müharibə” illərində olduğu kimi idarə edilir.

Turki əl-Faysal bildirib ki, Suriya böhranının, Fələstin probleminin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, dünyanın aparıcı dövlətlərinin bu məsələlərin həllinə istəksiz və laqeyd yanaşmaları hazırkı ağır nəticələrə gətirib çıxarıb. Buna görə də dünyadan, xüsusən mötəbər beynəlxalq təşkilatlardan, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeni yanaşmalar tələb olunmalıdır. Çünki hazırkı format və yanaşmalar dayanıqlı sülhün və asayişin bərqərar olması, yaşadığımız cəmiyyətlərin, bəşəriyyətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün kifayət etmir. Buna görə də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün vəzifələrinə yenidən baxılmalıdır ki, onlar münaqişələrin həllinə nail ola bilsinlər. Bu baxımdan dünya liderləri bir araya gəlməlidirlər. Biz hamımız eyni sivilizasiyada yaşayırıq. Ona görə də sivilizasiyaların münaqişəsinə deyil, barışığına nail olmalı, yaşadığımız dünyanı daha da gözəlləşdirməliyik. Bu baxımdan Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndiririk. Bu Forum sülh və sabitlik üçün dünyaya mühüm mesajlar verəcək.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.

Beşinci Qlobal Bakı Forumu rəsmi hissədən sonra işini iclaslar və plenar sessiyalarla davam etdirib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub