Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi İspaniyada qeyd olunub VİDEO

Madrid, 10 may, AZƏRTAC 

Mayın 10-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə səfir Anar Məhərrəmov çıxış edərək anım mərasiminin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsinə təsadüf etdiyini bildirərək, Cümhuriyyət ənənələrinin bu gün də davam etdirilməsində Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.

Səfir Heydər Əliyevin Azərbaycan SSR hakimiyyəti dövründə iqtisadiyyat, sənaye, elm, mədəniyyət və digər sahələrdə mühüm irəliləyişlərin əldə edildiyini və bütün bunların məntiqi nəticəsi olaraq, Azərbaycanın Sovet İttifaqının öndə gedən ölkələrindən birinə çevrildiyini qeyd edib. Xüsusi olaraq vurğulanıb ki, müasir dövrdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə Ümummilli Lider tərəfindən təməli qoyulmuş bünövrənin məntiqi nəticəsidir.

A.Məhərrəmov qeyd edib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşib və məhz həmin dövrdə Ermənistanın azərbaycanlılara qarşı artıq XX əsrin 80-ci illərinin sonlarından başlamış etnik təmizləmə siyasəti Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğalı və 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının istəyi ilə Heydər Əliyev hakimiyyətə qayıdıb, onun uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunub. Məhz Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilib. Səfir, həmçinin vurğulayıb ki, məhz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalanıb, bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunub. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynayıb.

Ölkədə yalnız iqtisadiyyat deyil, habelə digər sahələrdə də dirçəlişin baş verdiyini bildirən səfir 1998-ci ilin 8 sentyabr tarixində Bakı şəhərində Böyük İpək Yolunun bərpasını nəzərdə tutan “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in (TRACECA), Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı layihələr üzrə müvafiq müqavilələrin imzalandığını qeyd edib.

A.Məhərrəmov Heydər Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq, ölkəmizin müxtəlif mötəbər beynəlxalq təşkilatların iştirakçısına çevrildiyini, 2001-ci ildə Avropa Şurasının tamhüquqlu üzvü olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən görülmüş işlər Azərbaycan xalqı tərəfindən layiqincə qiymətləndirilir, onun əvəzsiz xidmətləri heç zaman unudulmayacaq. Məhz bu səbəbdən 15 iyun tarixi Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd olunur və Heydər Əliyev hər bir azərbaycanlının qəlbinə Ümummilli Lider olaraq əbədi həkk olunub.

Bu gün də Heydər Əliyevin siyasətinin ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən səfir bildirib ki, 2018-ci il 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi onu göstərdi ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs verib.

Daha sonra Türkiyə Respublikasının İspaniya Krallığındakı səfirliyinin müşavir-elçisi Selin Özaydın Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial sahələrdə əldə etdiyi nailiyyətlərin Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əldə edildiyini, məhz onun “bir millət, iki dövlət” kəlamının hazırda da Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər möhkəm və davamlı olduğunu göstərdiyini qeyd edib. S.Özaydın Heydər Əliyevin siyasi xəttinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini və Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

İspaniya Konqresinin keçmiş deputatı, hazırda dövlət vəkili olan Xesus Lopes Medel çıxış edərək İspaniya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdıraraq, Heydər Əliyevin Azərbaycan üçün əvəzolunmaz şəxs olduğunu qeyd edib, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb. X.L.Medel bu gün də ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət vəkili İspaniyanın Atletiko Madrid klubunun üzərində “Azerbaijan - Land of Fire” yazılmış formasını və “Qarabağ və Atletiko Madrid” futbol qarşılaşmasını əks etdirən şüarı göstərərək, bunu ikitərəfli dostluq əməkdaşlığının uğurlu göstəricisi kimi qiymətləndirib.

Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotokompozisiya Vaqif Mustafazadənin “Düşüncə” melodiyasının sədaları altında nümayiş etdirilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi İspaniyada qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib