Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu mövzusunda konfrans keçirilib YENİLƏNİB-2 VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, innovasiyalı inkişafa yol açan Azərbaycan “Doing Business 2019” Qlobal reytinqinə əsasən, 190 ölkə arasında 25-ci yeri tutur. O, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük işlər nəticəsində Azərbaycan daha da yeniləşərək dördüncü sənaye inqilabının fəal iştirakçısına çevrilib, ölkədə sosial-iqtisadi islahatlar reallaşdırılıb. İnnovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Kamran İmanov qeyd edib ki, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinə verilib və Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni Nizamnamələri təsdiq edilib. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılıb. Yaradılmış dövlət strukturunun tərkib hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin artırılması məqsədilə Respublika Elmi-Texniki Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində çıxış edirlər.

Dövlətimizin başçısının rəhbərliyi ilə sahə üzrə aparılan institusional islahat nəticəsində çalışan dövlət qulluqçularının sayı 43 nəfər azaldılaraq, il ərzində 1 milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək imkanı yaradılıb, dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərin əməyi maliyyələşdirilib, Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilib.

Qeyd edilib ki, Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, ərazisi azalmış, müxtəlif əlverişsiz yerlərə səpələnmiş, fondlarının müəyyən hissəsi itirilmiş və yarasız vəziyyətə salınmış, nəticədə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulmasıdır.

Bu vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip kimi Azərbaycan Prezidentinin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etmək, cəsarətlə keçirilən tədbirlərə dəstək olmaq, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaların seçilməsi və tətbiqidir. Bununla da əqli mülkiyyəti investisiyaların cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevirmək, özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaq, bir sözlə, əqli mülkiyyəti və innovasiyalı inkişaf cütlüyünə məxsus olan emercent effektivliyinə nail olmağın vacibliyidir.

Təsadüfi deyil ki, yaşadığımız texnologiyaların sıçrayış dövründə və innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf tədqiqatlar nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Odur ki, tanınmış mütəxəssislərin fikrinə əsasən, “gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır”. Bununla da texnologiyaların patentin mövcud landşaftına kardinal təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır.

Sənaye mülkiyyəti ilə bağlı olan Patent təşkilatı yalnız öz maraqları ilə kifayətlənməməli, fəaliyyətinin təhlilini özünə aid göstəricilər əsasında qurmamalı, ixtira və patent aktivliyini innovasiyalı proseslərə təsiri ilə ölçməlidir və onun fəaliyyəti bu istiqamətə yönəldilir.

Daha sonra göstərilib ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsində səylərimiz real iqtisadiyyatda mütləq dövlət yardımına söykənməyən avtonom, müstəqil hərəkətverici qüvvələrin oyadılmasına yönəldilməlidir. Belə ki, həmin qüvvələr real iqtisadiyyatı innovasiya tipli iqtisadiyyata çevirməyə qadir ola bilsin və bu səbəbdən ixtira fəaliyyəti elə stimullaşdırılmalıdır ki, yaradılan biliklərin real satılan məhsullara çevrilməsi təmin edilsin.

İnnovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi əsas iqtisadi resursa - intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən töhfələrin verilməsinə yönəldilir.

Xüsusi vurğulanıb ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Bununla belə, irəliyə baxaraq, ehtiyatlarımızı istifadə etməliyik. Belə ki, Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycanın müvafiq olaraq, 87-ci və 101-ci yeri tutub. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz - innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” və Əqli Mülkiyyət Agentliyi bir dövlət qurumu kimi bu göstərişi layiqincə yerinə yetirməlidir. Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihə”ni göstərmək olar. Həmin layihənin icrası ilə bağlı 2017-ci ildə Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında Birgə Bəyannamə imzalanıb və bir neçə beynəlxalq konfrans və seminar keçirilib.

ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin 2018-ci il iyunun 4-6-da Azərbaycan Respublikasına rəsmi səfər Proqramı çərçivəsində “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilmiş beynəlxalq konfrans və “Qeyri-maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?” mövzusunda regional seminar, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi xüsusi qeyd edilməlidir. Qeyd olunan sərgidə 21 startap-layihə nümayiş etdirilib, onların 16-sı yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil edib.

2018-ci il dekabrın 18-də ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqı birlikdə “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda beynəlxalq konfrans və Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərgi təşkil edib. Həmin beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən islahatçı ölkə - Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməsindədir.

Xüsusi olaraq qeyd edilib ki, dövlət başçısının vergi islahatları çərçivəsində startaplar mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər “startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər isə 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.

Əqli Mülkiyyət Agentliyinin qarşısında duran funksional vəzifələrin dövlətimizin başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırıldığından və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət etməsindən ibarət olduğu, həmin vəzifələrin icrasının üç amil nəzərə alınmaqla həyata keçirildiyi bildirilib:

• ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çıxarılması;

• KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması;

• əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi.

Qeyd olunanlarla əlaqədar Agentlik tərəfindən Azərbaycanın Uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması; ixtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin ölkəmizin patent alınmasını sadələşdirən Patent Hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması və tezliklə fəaliyyətə başlaması; universitetlərdə, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, mövcud ofislərin isə tezliklə texnologiyaların kommersiyalaşması və transferi ofislərinə çevrilməsı; elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların Kommersiyalaşdırılması və Texnologiya və İnnovasiyalara Dəstək mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyinin nəzdində yaradılması həyata keçirilən vəzifələrdir. Həmçinin “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi, kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması; şəffaflığı təmin etmək, patent, əmtəə nişanlarının sifarişçiləri və ekspertiza və digər xidmət aparanlarla kontaktsız münasibət qurmaq məqsədilə ASAN tipli “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya sisteminin yaradılması işlərinin başlanması; rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, yaradılan strukturların biznes-layihələri hazırlanıb və bunlar fayda verəcək.

Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib. Bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq hazırda ölkədə innovasiya strategiyası hazırlanır: “Strateji yol xəritələrinə müvafiq şəkildə Azərbaycan iqtisadiyyatı Dünya İqtisadi Forumunun təsnifatına əsasən səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcək. İnnovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq. İnsan potensialının inkişaf etdirilməsi, insan kapitalının keyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı məsələlərə xüsusi diqqət verilir, institusional və biznes mühiti daha da yaxşılaşdırılır, infrastruktur gücləndirilir, təhsil-təlim prosesi və ixtisaslı kadr hazırlığı, əmək bazarı və biznes sektoru arasında koordinasiyanın effektivliyi artırılır, innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyi artırılır, klaster yaratma təşəbbüsləri dəstəklənir və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetlər müəyyənləşdirilir. Azərbaycan iqtisadiyyatının əsas çağırışı - əmək məhsuldarlığının artırılması üçün insan kapitalının inkişafı və innovasiyaların tətbiqi vacib əhəmiyyət kəsb edir”.

Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini İdris İsayev və AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Tural Kərimli, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov, “Enterpriseazerbaijan,com” portalının meneceri Aytən Məmmədova çıxış ediblər. Onlar startap layihələrinin əhəmiyyətindən, xüsusilə mikro və kiçik sahibkarlığın inkişafında rolundan danışıblar, həmin layihələrin maliyyələşdirilməsində yerli və xarici investorların rolunu vurğulayıblar.

Tədbir zamanı startap layihələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.

Yekunda Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Qeyri-müəyyən müddətə bağlanan Memorandumda tərəflər, Agentliyin Rəqəmsal Ticarət Qovşağına inteqrasiyasının təmin olunması və onun potensialından yüksək texnologiyaların və əqli mülkiyyət obyektlərinin iqtisadiyyatda tətbiqinin stimullaşdırılmasında və bu istiqamətdə aparılan işlərdə istifadə edilməsi, Agentliyin təqdim etdiyi layihələrin Mərkəz tərəfindən idarə olunan “enterpriseazerbaijan.com” portalına inteqrasiyasının həyata keçirilməsi, patent qabiliyyətli startapların birgə seçiminin aparılması barədə razılığa gəliblər.

Bakıda əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu mövzusunda konfrans keçirilib  YENİLƏNİB-2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb