Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad olunması, yaralıların təxliyəsi və digər tapşırıqlar yerinə yetiriləcək.
Oktyabrın 1-dək davam edəcək təlimə Pakistanın hərbi qulluqçuları müşahidəçi qismində qatılıblar.