İrina Rodnenko: Seçkilərin gedişinə fəal nəzarət edən müşahidəçilərin sayı bizi heyrətləndirir VİDEO
İsmayıllı, 9 fevral, AZƏRTAC
Biz İsmayıllıda artıq üç seçki komissiyasında olmuşuq. Seçkilər həqiqətən də seçki qanununa uyğun təşkil edilib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesini izləyən MDB-dən olan müşahidəçi, Həştərxan Vilayət Duması sədrinin birinci müavini İrina Rodnenko söyləyib.
“Seçkilərin gedişinə fəal nəzarət edən müşahidəçilərin sayı bizi heyrətləndirir. Bizi məyus edən yeganə məsələ havanın soyuq olmasıdır. Buna görə də seçkilərin ilk saatlarında məntəqəyə gələn seçicilərin sayı hələlik azdır”.