Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanın “TV Avropa” telekanalı Ermənistanın təxribatı barədə veriliş yayımlayıb VİDEO

Bolqarıstanın “TV Avropa” telekanalı Ermənistanın təxribatı barədə veriliş yayımlayıb VİDEO

Sofiya, 31 iyul, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın bu ölkənin “TV Avropa” telekanalının “Avropa sabahı” verilişində müsahibəsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, səfir Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, qonşu dövlətin aqressiv strategiyası, COVID-19-a qarşı mübarizə çərçivəsində Azərbaycanın Bolqarıstanla əməkdaşlığı, ölkəmizin pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü, pandemiyanın respublikamızın neft və qaz sənayesinə təsiri ilə bağlı sualları cavablandırıb.

N.Qurbanova iyulun 12-də Ermənistan silahlı qüvvələrinin iki ölkə arasında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya silahlarından atəş açaraq hücuma keçmək cəhdi, iyulun 13-də rayonun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alması və nəticədə Ermənistan silahlı qüvvələrinin bütün həmlələrinin müvafiq əks-tədbirlər ilə cavablandırılması barədə məlumat verib. O, təxribat nəticəsində ikisi yüksək rütbəli olmaqla Azərbaycan ordusunun 11 hərbçisinin həlak olduğunu deyib.

Diplomat 2016-cı ilin aprel hadisələrindən fərqli olaraq, Ermənistanın son təxribatının təmas xəttində deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində törədildiyini və hərbiləşdirilmiş Ermənistan sərhədindən fərqli olaraq, həmin bölgədə sərhədlərimizin əksər hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən qorunduğunu diqqətə çatdırıb.

N.Qurbanova ötən dövr ərzində Ermənistanın Azərbaycan hərbçiləri və mülki əhaliyə hücumu hədəfləyən hərbi təxribatının daha tez-tez və təcavüzkar xarakter aldığını xüsusilə vurğulayıb. Qeyd edib ki, Ermənistanın son təxribatı 76 yaşlı qocanın ölümünə, mülki əhaliyə və infrastruktura münasibətdə xeyli miqdarda ziyana səbəb olub.

Regionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edən səfir Azərbaycanın Ermənistan tərəfinin təxribatının qarşısının alınması, eləcə də özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin qorunması, mülki əhali və mülkiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atdığını bildirib.

Diplomat əlavə edib ki, Ermənistanın son təxribatı rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının sübutudur. O, baş nazir Nikol Paşinyanın iyulun 10-da Ermənistanın Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bu ölkənin Təhlükəsizlik Şurasının görüşündəki çıxışını xatırladaraq Ermənistanın təcavüzkar siyasətinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid olduğunu qeyd edib. Vurğulayıb ki, bu ölkənin təhlükəsizlik strategiyası Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə əsassız iddialar sürərək beynəlxalq hüququ ciddi şəkildə pozur. Belə ki, həmin sənəddə yeni mövqelərin ələ keçirilməsi və regionda gərginliyin artırılmasından bəhs edilir.

Müsahibə zamanı N.Qurbanova ölkəmizdə COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər görüldüyünü, o cümlədən karantin rejiminin tətbiqi, səhiyyə sisteminin gücləndirilməsi, habelə 5 ənənəvi, 5 modul tipli xəstəxananın istifadəyə verildiyini deyib. Diqqətə çatdırıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir və bu təşkilata 10 milyon ABŞ dolları məbləğində yardım göstərib. Azərbaycanın COVID-19-la mübarizədə 15-dən çox ölkəyə dəstək göstərdiyini bildirən diplomat bu xüsusda ölkəmizin humanitar yardım edən ölkələr arasında ilk onluqda sıralandığını vurğulayıb. İkitərəfli əməkdaşlıq kontekstində N.Qurbanova Azərbaycan səfirliyinin Bolqarıstanın Plovdiv, Kırcali, Ruen bələdiyyələrinə və Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqına zəruri qoruyucu vasitələr və ərzaqla yardım etdiyini xatırladıb.

COVID-19 pandemiyası başlayandan bəri ölkəmizin bir sıra təşəbbüslər irəli sürdüyünü deyən səfir ölkəmiz tərəfindən bu virusla mübarizədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmasından söz açıb. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdiyini və təşəbbüsün BMT-nin 130-dan çox üzvü tərəfindən dəstəkləndiyini ifadə edib və bu məsələdə ölkəmizə göstərdiyi birmənalı dəstəyə görə təşəkkürünü bildirib.

Səfir COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədiyini, bununla belə, ölkə iqtisadiyyatı ilə bağlı proqnozların müsbət olduğunu deyib. Bu xüsusda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, iqtisadiyyatın dəstəklənməsi və sosial müavinətlərin genişləndirilməsi məqsədilə hökumət tərəfindən 9 proqramın irəli sürülməsi barədə danışıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Bolqarıstanın “TV Avropa” telekanalı Ermənistanın təxribatı barədə veriliş yayımlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

İraq onilliklər ərzində ilk dəfə Hörmüzdən neft daşıyıb

İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH

Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib

“Biləv” SES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb