Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib YENİLƏNİB VİDEO

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- “Haber Global” yayımına xoş gəldiniz. Son dərəcə önəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəs prosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünən törətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər, əməliyyat meydanında və masada hərəkətlilik. Təbii ki, bunları ən yaxından izləyən şəxs hazırda bu gərginlik arasında bizə vaxt ayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Xoş gördük, cənab Prezident.

- Sağ olun.

- İlk olaraq, dünənki hücumla, əməliyyat meydanında və masadakı son vəziyyətdən başlamaq istərdim. Bir tərəfdən, gərgin diplomatik fəaliyyət həyata keçirdiyinizi bilirik. İşinizin çox olduğu bir vaxtda bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirəm.

Dünən bir çox yerdə bunun qarşılığını gördük, bir hücum, mülki əhaliyə qarşı bir hücum. Amma xüsusilə xarici mətbuatda tam əksinə bir yanaşma var, diasporun bir təbliğat müharibəsi var. Əvvəlcə, mövcud vəziyyətlə bağlı həqiqətlərdən danışa bilərsinizmi?

- Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir.

Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır.

Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur.

Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar.

Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.

- İndi diqqət yetirdiyiniz bu amil çox əhəmiyyətlidir. Biz Türkiyənin terrorla mübarizəsində də bir çox istiqamətdə əməliyyat zonasında fəaliyyət göstərdik. Misal üçün, bizim şəhərlərimizə də PKK-dan bəzi raket atışları, top atışları olurdu. Bilirdik ki, bunu terror təşkilatı törədir. Dünən yayımlarımızda da mən ifadə etdim, insanlığa, vicdana, məntiqə sığmayan bir cavab. Daha əvvəl Siz xalqa müraciətinizdə də ifadə etmişdiniz, xüsusilə Rusiyaya edilən telefon zəngləri var, atəşkəs edək deyə. Atəşkəs əldə olundu, hansı məntiqlə və nə üçün bu hücum törədilir? Bu sualı necə cavablandırarsınız?

- Burada, ilk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər.

Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır.

Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.

- Beynəlxalq ictimaiyyət dediniz, gözlədiyiniz, xüsusilə bu hücumdan sonra Qərbdə elə də çox səs eşidilmədi. Gözlədiyiniz etirazı aldınızmı? Dünən cənab Hacıyevin attaşelərlə keçirdiyi toplantıda da şahid olduğumuz bir məqam var. Üç dəfə dedi ki, bir sual verin, açıqlayaq, həqiqətləri sizə izah edim. Cavab gəlmədi.

- Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünki bu uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər, yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək faktları təhrif edirlər. Bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir. Ona görə, bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var.

Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında olan bu münaqişə daha da geniş coğrafiyaya sıza bilərdi.

- Dayanıqlı bir atəşkəs gözləyirsinizmi? Daim pozulur, Moskvadakı 11 saat yarımlıq toplantıdan sonra buna nail olundu. Dünən biz jurnalistlər burada şahid olduq ki, Bakı böyük səbir göstərir.

- Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi.

- Çəkilməklə bağlı siqnal alırsınızmı, ən azından həmin nöqtədə? Torpaqlarımızdan çəkilməklə bağlı.

- Yox, biz belə bir siqnal almırıq və heç kim də bizə belə bir siqnal verə bilməz. Bu, beynəlxalq hüquqa və tarixi ədalətə ziddir. Belə bir siqnal olmamışdır. Siqnallar var ki, dayandırın. Siqnallar var ki, daha irəli getməyin. Siqnallar var ki, atəşkəs təmin edilsin. Biz də deyirik ki, yaxşı, atəşkəs təmin edilsin, ancaq bununla bərabər gərək məsələ sülh yolu ilə həll edilsin.

Moskvada əldə edilmiş razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki, ilk növbədə, orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra, yəni, bu məsələnin siyasi həlli təmin edilə bilər.

Digər məsələ, - Ermənistan buna hər zaman o qədər yaxşı baxmırdı, - odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yenə də bizim maraqlarımıza cavab verir.

Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan bu atəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək.

- Siz sentyabrın 27-dən bəri, bu Vətən müharibəsi başladığı andan etibarən yeni bir formatdan, Türkiyənin öz mövqeyini daha fəal qoymasından, bu məsələnin Rusiya və Türkiyə ilə birlikdə həll oluna biləcəyindən bəhs edirsiniz. Amma Türkiyə Lavrovun açıqlamasında yox idi. Sanki bundan sonra ATƏT-in Minsk qrupunda müzakirələrin yenə davam edəcəyinə yönəlik bir açıqlama etdi. Türkiyə necə, nə şəkildə, nə vaxt masada olacaq? Ya da bu barədə danışıldımı?

- Əlbəttə ki, bu, bizim mövqeyimizdir. Mən bunu bir neçə dəfə açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, - elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu, nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var.

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır.

İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 sentyabrdan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik.

İndi “Nə üçün o həmsədrlik sistemində Türkiyə olmasın, olmalıdır” ifadəsini işlətdiniz. Bunu bir qədər də aydınlaşdırmaq üçün soruşacağam, amma Sizə istinad edərək. Ötən gün xalqa müraciətinizdə eynilə bu ifadələri işlətdiniz - biz artıq status-kvonu dəyişdirdik, təmas xətti deyə bir şey yoxdur, təmas xəttini yardıq. Yeni müzakirədə həm Türkiyənin iştirakı, həm də bu dediyiniz sözlər barədə bir qədər ətraflı bəhs etsək, tam olaraq nəyi nəzərdə tutursunuz? Bundan sonra Bakı tərəfindən necə bir status-kvo qurulacaq?

-Bilirsiniz, biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necə dəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnal idi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, - bir neçə dəfə belə açıqlamalar verildi, - havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlki təmas xəttinə baxsanız, bu üfüqi-şaquli formadadır. Belə, düz. Yəni, onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasən təpələrdə idi. Onlara müdaxilə etmək, yəni, istehkamları yarmaq çox çətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə yerdən - şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıq hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur! Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun - o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək-girməyək o başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir gün, iki son sonra açıqlama veririk. Bunun da taktikası var.

Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək.

- İşin siyasi və hərbi tərəfi bir tərəfə. Bu gün biz, daha doğrusu, Bakıya gəldiyimiz andan etibarən oranı tərk etmək məcburiyyətində qalmış insanlarla görüşdük, aralarında xocalılılar, cəbrayıllılar var idi. Azərbaycan dövlətinin, Sizin köməyinizlə tikilən qəsəbələrə getdik. Hər kəsin üzündə bu ifadə var idi: Sizə, dövlətə böyük minnətdarlıq hissi duyurlar. “Biz burada heç bir şeyə ehtiyacımız olmadan yaşayırıq, lakin biz öz torpaqlarımıza dönmək istəyirik” deyirlər. Xüsusilə cəbrayıllılar, “İşğaldan azad edilən torpaqlarda nə edəcəksiniz?” sualına, “Təki bir damımız olsun, kifayətdir” deyirlər. Bəs, Siz nə edəcəksiniz o insanlar üçün? O torpaqlarda yeni inşaat işləri aparılacaq?

- Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün, indi Ağdam, Füzuli nə gündədir?! Bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bir də ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.

Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 min ailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər birinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlar hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey yaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və gedəcəklər.

Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər.

- Cənab Prezident, bu qədər sıx qrafikinizin, diplomatik gərginliyin arasında bizə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib YENİLƏNİB VİDEO

Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub

Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə və sülhün təşviqinə mühüm töhfələr verir RƏY

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib

Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib

Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib

Avropa İttifaqı və Kanada liderləri Monrealda ikigünlük sammitdə bir araya gələcəklər

Almaniyadan 40 nəfər Əfqanıstan vətəndaşı deportasiya edilib

NASA astronavtları yeni nəsil Günəş panelləri quraşdırmaq üçün kosmosa çıxacaqlar

“Nature”: Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur

ABŞ-də cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat edib

“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir

“Liverpul” “Çelsi”ni məğlub edərək İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib

Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib

CENTCOM İranın Hörmüz boğazında gəmilərin minalara düşməsi ilə bağlı iddialarını təkzib edib

“Al Hadath”: Vasitəçilər İrana və ABŞ-yə noyabrın 4-dək görüş keçirməyi təklif ediblər

Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu

İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib

Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib

BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb

Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub

"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib

Bu saata olan əsas xəbərlər

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Syerra-Leoneli gənc lider: Mədəniyyətlərarası Dialoq Forumu gənclər üçün yeni imkanlar yaradır

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Koji Yamaquçi: Mədəniyyətlərarası Dialoq Forumu sülh naminə konstruktiv dialoq üçün mühüm platformadır

Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb

Türkiyə şirkətləri “Akkuyu” Atom Elektrik Stansiyası layihəsində pay almaqda maraqlıdır

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariqə böyük hesabla qalib gəlib

Tuqay Rəhimli: İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında əməkdaşlıq güclənəcək

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram

İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında rekordlarla yadda qalıblar

“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək

Tacikistanlı nümayəndə: Bakı Forumu gənclərin beynəlxalq dialoqda fəal iştirakına imkan yaradır

Süd vəzi xərçəngi: elmdən həyata - BDU-da maarifləndirici tədbir

Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Maldivli nazir: Azərbaycan qlobal miqyasda mədəniyyətlərarası dialoqa mühüm töhfələr verir

Fransalı nazir bəzi xarici qüvvələri ölkədə keçirilən aksiyalarla bağlı dezinformasiya yaymaqda ittiham edib

Şri-Lanka təmsilçisi: Bakı Forumu dialoq üçün mühüm platformadır

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər

BDU Rumıniyanın Buxarest İqtisadi Elmlər Universiteti ilə əlaqələrini genişləndirir

Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

TÜRKPA-nın Baş katibi Türkiyədə bir sıra görüşlər keçirib

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO

Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO

Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Nərimanov rayonunda müzakirə olunub

Bolqarıstan sahillərində dron hücumuna məruz qalan gəminin 18 nəfərlik heyəti xilas edilib

IX DİM Dialoqunda Azərbaycanın milli iqlim öhdəliklərinin icrasının sürətləndirilməsi müzakirə olunub

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb

İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb

Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub

Nepallı qonaq: Azərbaycan xalqının qonaqpərvərliyi və zəngin mədəniyyəti məndə dərin təəssürat yaratdı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Britaniyada yeni dövlət büdcəsi açıqlanıb: 20 milyon ailəyə 100 funt sterlinq yardım veriləcək

İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK

Ədəbiyyat Muzeyində “Mədinə” nəşrlər evinin daimi ekspozisiyası açılıb

İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb

Deputat: Azərbaycançılıq ideologiyası bizi Zəfərə aparan milli birliyin təməlidir

Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır VİDEO

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır VİDEO

Noyabrın 2-dən növbəti epizootoloji monitorinqlərə başlanılır

UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub

Naxçıvanda sahibkarlara 163 təsdiqedici sənəd verilib

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB

“Turan Tovuz” “Fənərbağça” ilə oyundan əldə olunan vəsaiti Qarabağ Dirçəliş Fonduna ianə edib

Fransa Senatı iğtişaşlarda iştirak edənlərin 10 min avro kompensasiya ödəməsi barədə qanun qəbul edib

“Neftçi” rəsmisi: U-15 dünya çempionatı Azərbaycan futbolu üçün böyük fürsətdir

Dieqo Qodoy: Azərbaycanda səhnələşdirilən “Turandot” tamaşaçıların gözləntilərinə tam cavab verir - MÜSAHİBƏ

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb

Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

AMEA və Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında elmi tərəfdaşlıq genişlənir

Premyer Liqa klubları cərimələnib

Çexiya kronunun Konstitusiyada təsbit edilməsi avroya keçidi çətinləşdirə bilər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb