Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elşən Əmrahov: Əminik ki, Qarabağın tacı olan Şuşa şəhəri tezliklə işğalçılardan təmizlənəcək

Elşən Əmrahov: Əminik ki, Qarabağın tacı olan Şuşa şəhəri tezliklə işğalçılardan təmizlənəcək

Masallı, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC

Hər zaman adı çəkiləndə gözlərimiz dolar, qəlbimiz qubar eylər. Adam öz isti ocağından necə ayrılar ki?! Həsrəti ilə yaşadığımız 28 il ərzində, hər gün dua etmişik ki, heç olmazsa, Allahın bizə nəsib etdiyi ömrün qalan hissəsini doğma yurd-yuvamızda - Şuşada yaşayaq...

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Masallı rayonunda məskunlaşan, Şuşa rayonunun Xanalılar kənd sakini Elşən Əmrahov söyləyib.

E.Əmrahov Şuşa şəhərindən ailəsinin köç etdiyi o ağır günləri böyük kədər hissi ilə xatırladı: “1992-ci il mayın 7-dən 8-nə keçən gecə... Çoxsaylı hərbi texnika və canlı qüvvə ilə təchiz edilmiş amansız işğalçıya müqavimət göstərə bilmədik. Silahsız idik. Gecələr postda durur, könüllü olaraq döyüşçülərə kömək etməyə çalışırdıq. Dayım oğlu Fikrət Hüseynov, əmim oğlu Bəxtiyar Əliyev kimi neçə qohumum, həmkəndlim son anacan igidliklə vuruşub, şəhid oldular...”.

Qırx doqquz yaşlı Şuşa sakini daha sonra deyib: “Cismimiz ayrılsa da, ruhumuz orda qaldı. Yalın camaat yurdundan çıxmağa məcbur oldu. May ayı olmasına baxmayaraq, dağlarda qar əriməmişdi. Mal-qara da orda qaldı. Uşaq, qadınlar yük maşınları ilə yola salındı. Mən Cənnət və Mirsiyab əmimlə (dünyalarını dəyişiblər), digər yerlilərimizlə birgə bir az gec çıxdıq kənddən. Mirzələr qış yatağında cəmləşən camaatla birgə Laçın-Qubadlı-Cəbrayıl istiqamətində 13 gün yol gəldik. İlk öncə İsmayıllının Xəlilli kəndinə köçsək də, Ağdamın işğalından sonra Şəkiyə getdik. 1993-cü ildən anam, iki bacım və mən Masallıda, Ərkivan qəsəbəsində məskunlaşmışıq”.

Uşaqlıqdan musiqiyə, özfəaliyyətə həvəsi olduğunu, məktəb tədbirlərində fəal iştirak etdiyini, şuşalılara xas o ilahi səsdən ona da pay düşdüyünü vurğulayan şuşalı sakin, bu səsdən bu gün müqəddəs “Qurani-Kərim”in qiraətində istifadə etdiyini, Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra bir müddət Qarabağ İpək Kombinatının 3 nömrəli toxuculuq sexinin filialında mexanik, müdir vəzifələrində çalışdığını diqqətə çatdırıb: “Şuşa şəhərində, eləcə də kəndimizdə Bakı Radioqurma İstehsalat Birliyinin 1 nömrəli istehsalatının filialı da fəaliyyət göstərirdi. Zümrüd anam 24 il rabitə sahəsində işləyib. 75 yaşında haqq dünyasına qovuşub, Masallının Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Atam ağac ustası olsa da, eyni zamanda bacarıqlı təsərrüfat sahibi idi. Mal-qaradan əlavə gözəl bağımız da vardı”.

Şuşada nişanlansa da, toyunun Masallıda keçirildiyini söyləyən Elşən müqəddəs Həcc ziyarətinə getdiyini, iki övladı olduğunu bildirib: “Oğlum Nicat Aprel döyüşlərinin iştirakçısıdır. Hazırda könüllü əsgər kimi Vətənə xidmət edir. Nicatın da ən böyük amalı, məqsədi Qarabağımızı, Aydın babasının (1934-1990) uyuduğu Xanalılar torpağını erməni terrorçularından azad etməkdir”.

Masallılardan həmişə isti məhəbbət gördüyünü söyləyən Elşən Əmrahov 28 ildir ki, ərkivanlılarla duz-çörək kəsdiyini deyib: “Yurdsuzluq, köçkünlük ağrılı yerimizdir. Bu dərdə, bu həsrətə son qoymaq üzrəyik. Sanki özüm üçün bitmiş kimi hesab etdiyim həyata yenidən qayıdacağam, Xanalıların mərkəzində yerləşən evimizə üz tutacağım gün, o torpağı öpə-öpə, qoxusunu ciyərlərimə çəkdiyim anlar yaxınlaşır. Atamın göz bəbəyi kimi qoruduğu meyvə bağını bərpa edəcəyim vaxtda, ruhunun şad olacağı məqamdakı yaşantımı, duyğularımı qabaqcadan ifadə etmək mümkün deyil...”.

Şuşanın zəngin flora və faunası - təmiz havası, bərəkətli torpağı, müxtəlif dərman bitkiləri, çiçəkləri, mineral su yataqlarından söhbət açan E.Əmrahov söhbətini nikbin notlarla tamamladı: “Quduz, insan qanına susayan bu erməni faşistlərinə etibar yoxdur. Atalar demişkən, itlə yoldaşlıq et, amma çomağını yerə qoyma. Uca Rəbbimizin lütfüdür ki, bu gün mənfur düşmənin son çırpıntılarıdır, O, qarşımızda qatlanıb...

Əminik ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və iradəsi sayəsində, şanlı ordumuzun cəbhədə qazandığı ardıcıl qələbələrin davamı olacaq, Azərbaycanın dilbər guşəsi, Qarabağın tacı olan Şuşa, doğma Xanalılar kəndimiz tezliklə işğalçılardan təmizlənəcək. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub