Riqa şəhərinin reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib VİDEO
Riqa, 6 noyabr, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqa şəhərinin mərkəzi küçələrindəki reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, həmin təqdimatlarda Azərbaycan Respublikasının xəritəsi üzərində “Qarabağ Azərbaycandır!” şüarı ilə yanaşı, “StopArmenianTerrorism” və “StopArmenianAggression” və “PrayForAzerbaijan” həştəqləri, həmçinin “Ermənistan mülki vətəndaşlara hücum edir”, “Erməni işğalına son” və “Terrora son” ifadələri yer alıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa