REGİONLAR
Qubada son bir ildə 8 modul tipli məktəb qurulub VİDEO
Quba, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Kunxırt kəndində 20 yerlik yeni modul tipli məktəb qurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, dörd sinif, bir müəllimlər otağı və yeməkxanadan ibarət olan məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Yeni məktəbdə ibtidai siniflər təhsil alacaq.
Məktəbin direktoru Məhəmməd Gülbalayev bildirib ki, köhnə məktəb binası 1968-ci ildən istifadə olduğundan müasir tələblərə cavab vermirdi.
Modul məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Qubada, ümumilikdə, 24 modul tipli məktəb var ki, bunlardan 8-i 2020-ci ildə qurulub. Rayonun Birinci Nügədi kəndində 792 şagird yerlik məktəb binası tam hazırdır, Zərdabi qəsəbəsində isə 850 yerlik təhsil ocağının inşası davam etdirilir.
Rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev deyib ki, Qubada təhsilin maddi-texniki bazasının gücləndiriməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə rayonun Digah kəndində 350 yerlik yeni məktəb binasının inşasına başlanılacaq.