Müdafiə Nazirliyi Xocavənd rayonunun Hünərli kəndinin videogörüntülərini yayıb VİDEO
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Xocavənd rayonunun Hünərli kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Hünərli kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 7-də kəndi işğalçılardan azad edib.