REGİONLAR


Topçu Vüsal Şahkərimov Vətən müharibəsindən sonra ailəsi ilə görüşüb VİDEO

Xaçmaz, 12 aprel, Elxan Yusifli, AZƏRTAC

Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən topçu Vüsal Şahkərimov Vətən müharibəsindən sonra ailəsi ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Azərbaycan Ordusunda xidmətini davam etdirən əsgər Vüsal Şahkərimov məzuniyyətə buraxılıb.

Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Arif Məmmədov adına Qusarçay tam orta məktəbini bitirdikdən sonra, 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb.

19 yaşlı topçu Vətən müharibəsində hamının rəğbətini qazanaraq, yağıya gözdağı olmağı bacarıb. V.Şahkərimov məğrur görkəmi ilə qəhrəman Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi Vüsal Şahkərimovun ailəsini ziyarət edərək, qəhrəman döyüşçümüzlə görüşüb. Bildirilib ki, indi Vüsal tək Şahkərimovlar ailəsinin, Qusarçay kəndinin yox, bütün Azərbaycanın sevimli, qəhrəman oğludur. Onun kimi qorxmaz əsgər və zabitlərimiz bizə qələbə sevincini yaşadıblar. Onların sayəsində üçrəngli müqəddəs bayrağımız Qarabağ torpağında, Şuşada dalğalanır.

Görüşdən sonra Vüsal Şahkərimov və rayon rəhbərliyi birlikdə Qusarçay kənd qəbiristanlığında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin məzarını ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.