Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn ilin dövlət büdcəsi parlamentin komitələrin birgə iclasında müzakirə edilib

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuşda) müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev açıb. O bildirib ki, bugünkü iclas Azərbaycan üçün əlamətdar olan tarixi hadisələrin ildönümünün qeyd edildiyi bir dövrə təsadüf edir. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il işğal altında qalmış əzəli və əbədi Azərbaycan torpaqlarını 44 gün davam edən Vətən müharibəsində düşmən işğalından azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Sədr müavini bu günlərdə qeyd etdiyimiz Zəfər günü, Bayraq günü və qarşıdan gələn Konstitusiya günü münasibətilə iclas iştirakçılarını təbrik edib.

Bildirib ki, postmüharibə dövründə Prezidentin qarşıya qoyduğu əsas məqsəd müharibədə qazandığımız Qələbənin nəticələrinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasıdır. Qarabağın bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən 2,2 milyard manatın ayrılması onu deməyə əsas verir ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərimizdə başlanan layihələr uğurla davam etdiriləcək.

Adil Əliyev deyib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin üzərinə böyük vəzifələr qoyur. Eyni zamanda, büdcədə əksini tapmış rəqəmlər nikbinlik və qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsas verir. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlı öhdəliklərlə yanaşı, dövlətimiz büdcənin sosialyönümlü olmasına sadiq qalıb. Pensiya və əməkhaqlarının artırılması ilə bağlı dövlət başçısının imzaladığı son sərəncamlar bunun bariz nümunəsidir. Dövlətimiz bütün imkanlardan istifadə edərək əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bütün lazımi addımları atır.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, növbəti ilin dövlət büdcəsinin layihəsində işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına reinteqrasiya edilməsi üçün 2,2 milyard manat məbləğində vəsaitin ayrılması təklif olunur. Bununla yanaşı, regionda geosiyasi vəziyyət nəzərə alınmaqla, Azərbaycanın dövlət sərhədlərinin etibarlı qorunması məsələləri də böyük əhəmiyyət kəsb edir və bu baxımdan Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbi kontingentinin bu ərazilərdə yerləşdirilməsi, müvafiq infrastrukturun qurulması ilə bağlı xərclərin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub. Eyni zamanda, tarixi Qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi üçün xərclər də kifayət qədər yüksəkdir. Bu xərclərə dövlət büdcəsinin 15 faizi, yəni 4 milyard 990 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edilib ki, bizim dövlət büdcəmiz ənənəvi olaraq sosialyönümlü büdcədir. Büdcənin sosial xərcləri 46.4 faizə çatdırılıb və cari illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılıb. Bu xərclərin maliyyə tutumunun 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulub. Bu xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır, yəni 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait ayrılması təklif olunur. Növbəti ildə dövlət büdcəsi layihəsində əməkhaqlarının, sosial müavinətlərin, əmək pensiyalarının və təqaüdlərin artırılması üçün müvafiq maliyyə təminatı nəzərdə tutulub. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Samir Şərifov vurğulayıb ki, prioritet istiqamətlərdən biri olan təhsil xərclərinə büdcədən 3 milyard 884 milyon manat ayrılması nəzərdə tutulub. Digər prioritet istiqamət olan səhiyyə sahəsinə ayrılan vəsait, cari ildən başlayaraq tətbiq olunan icbari tibbi sığorta öhdəlikləri də nəzərə alınmaqla 1 milyard 789 milyon manat səviyyəsində müəyyən edilib. Bununla yanaşı, gənclər və idman sahəsinə 44 milyon manat, turizmin inkişafı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Növbəti ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər tutulub yəni 570 milyon manat təşkil edəcək. Yerli gəlirlər 942 milyon manat məbləğində hesablanıb, yerli xərclər isə 979 milyon manat təşkil edəcək. Bələdiyyələrə 11 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, növbəti ilin büdcə gəlirləri 26 milyard 816 milyon manat təşkil edəcək. Bu gəlirlərin Dövlət Vergi Xidməti tərəfindən 8 milyard 820 milyon manat, Gömrük Komitəsinin xətti ilə 4 milyard 260 milyon manat daxilolmalar nəticəsində təmin edilməsi nəzərdə tutulur. Büdcədən kənar gəlirlər 760 milyon manat, digər daxilolmalar isə 260 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 12 milyard 710 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək bildirib ki, ölkə başçısı tərəfindən müəyyən edilmiş dövlət siyasətinin əsasını Azərbaycan vətəndaşının rifahı, onun həyat şəraitinin daha da yaxşılaşdırılması təşkil edir. Nəzər salsaq görərik ki, son iki ildə sosial ödənişlər üzrə xərclər 60 faiz, yəni 2 milyard 392 milyon manat artıb. Pensiya xərcləri son 3 il yarım dövr ərzində 1 milyard 591 milyon manat, sosial müavinətlər üzrə xərclər 417 milyon manat, təqaüdlər üzrə xərclər 310 milyon manat artıb. Son üç ildə minimum pensiya 110 manatdan 200 manata çatdırılıb, orta aylıq pensiya 60 faiz, yaşa görə pensiya 53 faiz, əlilliyə görə pensiya 64 faiz, ailə başçısını itirməyə görə pensiyalar isə 75 faiz artırılıb.

Qeyd edilib ki, növbəti dövr üzrə də artımlar planlaşdırılır. 2022-ci il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi cari ilə nisbətən 161 milyon manat, 3,1 faiz artımla planlaşdırılır. Büdcə təşkilatları üzrə artım 27 faiz, qeyri-büdcə təşkilatları üzrə 13 faiz planlaşdırılıb və ümumilikdə növbəti ildə həm gəlirlər, həm də xərclər baxımından Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha da artırılır. Qeyd olunub ki, sosial sığorta haqlarının yığılmasında ciddi irəliləyiş əldə edilib. Dövlət Əmək Müfəttişliyi ilə əlaqələndirilmiş iş qurularaq əmək müqavilələrinin sayının artımı təmin edilib. Son üç ildə əmək müqavilələrinin sayı 400 min artıb. Son dövrdə minimum əməkhaqqı artırılaraq 250 manata çatdırılıb. Ümumilikdə, bu gün Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində və əhaliyə ödənişlərində daimi olaraq büdcə və qeyri-büdcə sektorunun payı nisbət olaraq düzgün qurula bilib. Növbəti ildə gəlirlərin təxminən 60 faizi qeyri-büdcə sektoru, 40 faizi isə büdcə sektoru üzrə olacaq.

Bildirilib ki, növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 manat proqnozlaşdırılır.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülmməmədov çıxış edərək bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair palatanın rəyi hazırlanıb və parlamentə təqdim edilib. Rəydə dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin makrogöstəricilərə uyğunluğu, ölkənin strateji sənədləri ilə uzlaşması ilə bağlı məlumatlar və tövsiyələr verilib. Eyni zamanda, hesabatlılığın və şəffaflığın artırılması ilə bağlı tövsiyələr də rəydə öz əksini tapıb.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Musa Quliyev, Tahir Rzayev, Sadiq Qurbanov, deputatlardan Asim Mollazadə, Ramil Həsən, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Rauf Əliyev çıxış edərək 2020-ci ilin dövlət büdcəsinin mükəmməl tərtib edildiyini söyləyiblər, bir sıra təkliflərini bildiriblər.

Sonra maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Rafiq Aslanov müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət bildiriblər.

İclasın sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO