Növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.