Azərbaycan Dövlət İnformasiya Agentliyi

1 NÖMRƏLİ ORTA MƏKTƏBİN MÜƏLLİMİ RAİDƏ İSMAYILOVANIN ÇIXIŞI

- Azərbaycan dövlətçiliyinin baş memarı Heydər Əliyevə eşq olsun!

Yaşasın Yeni Azərbaycanın yeni siyasi lideri İlham Əliyev!

Yaşasın xoşbəxt gələcəyimizin təminatçısı İlham Əliyev!

Möhtərəm Baş nazir!

Hörmətli qonaqlar və Gəncə sakinləri!

İstərdim ki, hörmətli Baş nazirimizi ulu Gəncədə salamlayım, ona “Nizami yurduna xoş gəlmisən!” deyim.

XX əsr Azərbaycan xalqına öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Bu əsr Azərbaycan xalqına, eyni zamanda, dünya şöhrətli siyasətçi, layiqli övlad Heydər Əliyevi bəxş etdi. Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur ki, yüksək fəzilət sahiblərini Uca Tanrı yer üzünə özü göndərir, ona arxa və dayaq olur. Belələrinin heç bir tərifə, təbliğinə də ehtiyac yoxdur. “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən müdrik şəxsiyyət cənab Heydər Əliyev məhz belə yüksək fəzilət sahibi, Tanrı adamıdır.

Möhtərəm görüş iştirakçıları!

Hörmətli İlham müəllim!

Mən Sizin Baş nazir kimi yüksək vəzifəyə təyin olunmağınızı gəncəlilər adından ürəkdən alqışlayıram. Sizə bu yolda möhkəm cansağlığı, Gəncənin xan çinarları qədər ucalıq, möhtəşəmlik, Azərbaycanın parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm. Qoy, Böyük Yaradan Sizin kimi el oğullarını, Vətən təəssübü çəkənləri daim bəd nəzərlərdən, pis gözlərdən, bəd niyyətli insanların pis əməllərindən qorusun. Tanrı sizə yar olsun!

Gəncəlilər uzun müddətdir ki, möhtərəm Baş nazirimizin səmərəli fəaliyyətini izləyir. Hörmətli Baş nazirimiz Azərbaycanın sözünü çox ləyaqətlə dünyaya çatdıra bilir. O, Ermənistanı işğalçı bir dövlət kimi bütün dünyaya tanıdıbdır. Şükürlər olsun ki, bu gün imzamız imzalar içindən, səsimiz səslər içindən gəlir. Bu gün Azərbaycanın haqq səsi dünyanın hər bir yerindən eşidilir.

Mən indi burada ana kitabımız “Kitabi-Dədə Qorqud”dan bir müdrik fikri yada salmaq istəyirəm: Yaxşı oğul atadan dərs alar. Bəli, cənab İlham Əliyev bir daha sübut edir ki, o, Heydər Əliyev siyasi məktəbinin ən layiqli varisi, ən layiqli davamçısıdır.

Hörmətli görüş iştirakçıları!

Mən böyük razılıq və məmnuniyyət hissi ilə bildirirəm ki, hörmətli Prezidentimiz 34 illik fəaliyyətinin bütün dövrlərində bizim şəhərimizə böyük qayğı və diqqət göstərmişdir. Bu gün Gəncə özünün intibah dövrünü yaşayır. Bu gün Gəncənin hər yeri güldür-çiçəkdir. Xüsusilə, möhtərəm Prezidentimizin 2002-ci ilin sentyabrında Gəncəyə məlum səfərindən sonra şəhərimiz öz libasını tamamilə dəyişmişdir. Bu gün Gəncədə həyat yeni axarda, yeni məcrada davam edir.

Hörmətli İlham müəllim, bu gün gəncəlilər şəhərə verilən qaz üçün, fasiləsiz işıq üçün məhz Sizə minnətdardırlar. Biz bilirik ki, bu, məhz Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. “Heydər-Xalq”, “Xalq-Heydər” söyləyən qədirbilən Azərbaycan xalqına, onun siyasi liderinə eşq olsun!

Hörmətli İlham müəllim, gəncəlilər 1993-cü ilin o qorxunc, narahat günlərini unutmayıblar. Çünki buna bizim mənəvi haqqımız yoxdur. Belə bir məsəl var: keçmişini unudan millətin gələcəyi də yoxdur. Mən seçkidən-seçkiyə üzə çıxan “millət qəhrəmanlarına” üzümü tutub deyirəm: gəncəlilər 1993-cü ili yaddan çıxarmayıblar. O illəri ki, siz Gəncəni müharibə meydanına çevirmişdiniz. Bu ulu şəhəri ermənilərə təhvil vermək istəyirdiniz. Siz burada qardaş qanı tökdünüz. Analarımızın gözünü yaşlı qoydunuz. Bax, onda çökməkdə olan dövlətimizi, parçalanmaqda olan Vətənimizi qorumaq üçün xalq öz xilaskarına - Heydər Əliyevə üz tutdu və o nəhəng şəxsiyyət qəlbinin, ürəyinin hökmü ilə Azərbaycana gəldi, Gəncəyə gəldi.

Biz bu gün yenə seçim qarşısındayıq. Ancaq gəncəlilər birmənalı şəkildə bildirirlər ki, biz seçimimizi on il bundan əvvəl etmişik.

Yaşasın Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısı İlham Əliyev! Mən bu gün isa qəmbərlərə, etibar məmmədovlara üz tutub deyirəm: nəinki Gəncədə, heç Azərbaycanda sizin sosial bazanız yoxdur. Bu xalq əvvəlki xalq deyil.

Onların biri öz çıxışında demişdir ki, əgər mən prezident seçilərəmsə, Gəncəni paytaxt edəcəyəm. Mən onlara deyirəm, siz heç vaxt prezident seçilməyəcəksiniz. Gəncə həmişə möhtərəm Prezidentimizə məhəbbətin paytaxt şəhəri olmuşdur və indi də belədir. Ona görə ki, artıq möhtərəm Prezidentimizin qurduğu müstəqil, demokratik, hüquqi Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır. Onun gələcəyi etibarlı əllərdədir. Bəli, bu gün dövlətimiz çox etibarlı əllərdədir. Mən bir daha hörmətli Prezidentimizin müdrik bir sözünü yada salmaq istəyirəm: “Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, heç bir dövlətin əsarəti altına keçməyəcəkdir, heç bir dövlətin tərkibinə qatılmayacaqdır. Onun müstəqilliyi dönməzdir, əbədidir”.

Azərbaycanın işıqlı, təmin olunmuş gələcəyinə inamla, güvənclə İlham Əliyevlə irəli!

ELDAR ƏZİZOV: Çox hörmətli Baş nazir, Gəncə sakinləri sizin ürək sözlərinizi səbirsizliklə gözləyir və məmnuniyyətlə eşitmək istəyirlər. X X X Baş Nazir İlham Əliyev görüşdə çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi