2025-ci ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 12 faiz artıb
Bakı, 19 yanvar, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq, milli valyuta ekvivalentində 31 milyard 451,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 845 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,4 faizi banklar, 5,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 12,3 faiz artaraq 557,6 milyon manat olub və ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]
Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb
- 23.09.2026 [11:20]
AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
- 23.09.2026 [11:16]