Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsanlıq tarixində qara ləkə - Ağdaban faciəsindən 30 il ötür VİDEO

Faciə şahidi: İnsanlar diri-diri yandırılıb, bəzilərinin qarınları yarılaraq daxili orqanları çıxarılıb, zirehli texnika ilə üstlərindən keçiblər

Tərtər, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri Ağdaban faciəsidir. 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən faciə əslində bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

1992-ci il aprelin 8-də erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib.

Bəşər tarixində belə vəhşilik görünməyib

Ağdaban kənd sakinləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 30 il əvvəl törədilən faciə haqqında danışıblar. Tərtərdə məskunlaşan kənd sakini Yaşar Mamedov illər keçməsinə baxmayaraq, həmin dəhşətli günün heç zaman unudulmayacağını deyir: “Ağdaban kəndində törədilən faciədən uzun vaxt keçsə də, ermənilərin vəhşilikləri biz şahidlərin heç zaman yaddaşından çıxmayacaq. Bəşər tarixində belə vəhşilik görünməyib. Bunu ancaq ermənilər törədə bilərdi. Mən çoxlu kitab oxumuşam, filmlərə baxmışam, amma ermənilərin törətdiyi vəhşilikləri görməmişəm”.

Yaşar Mamedov o dəhşətli günləri belə xatırlayır: “Həmin gecə cavanlarla birlikdə kəndin keşiyində dayanmışdım. 13-14 nəfər olardıq. Müdafiəni ancaq kənd sakinləri təşkil etmişdi. Silahımız demək olar ki, ov tüfənglərindən ibarət idi. Səhərə yaxın yola çıxanda ermənilər tərəfdən işıq gəldiyini gördüm. Meşələrdə pusqular qurmuşdular. Kəndi tamamilə mühasirəyə alıb bütün sakinləri məhv etmək istəyirdilər. Lakin bizim orada durmağımız, onların gəlişini hiss etməyimiz və atışmanın başlaması kənd əhalisini duyuq saldı. Ermənilər kəndin bütün yollarını tutmuşdular. Kənd sakinləri ermənilərin bilmədikləri bir cığırla çıxa bilmişdi. Kəndin avtomobil yolu da tutulmuşdu. Ermənilər kəndə köməyə gələn bir maşını qumbaraatanla məhv etdilər. Düşmənin silahları bizimki ilə müqayisədə dəfələrlə çox idi. 4 zirehli texnika bizim üzərimizə gələndə mən və üç yoldaşım meşəyə girdik. Erməni quldurları orada 4 nəfəri güllələyib öldürdülər. Səhəri gün həmin yerə qayıtdım və dəhşətli mənzərə ilə rastlaşdım. Güllə ilə öldürdükdən sonra iki nəfərin qarınlarını yarıb daxili orqanlarını çıxarmış, zirehli texnika ilə üstlərindən keçmişdilər. Digər iki nəfəri isə öldürəndən sonra avtomatla ağızlarından atmışdılar.

Ermənilər kəndi qarət etdikdən sonra bütün evlərə od vurub yandırdılar. Sabahısı gün mən kəndə gedəndə evlərin bəziləri hələ də yanırdı. Kənddə törədilən vəhşilikləri, öldürülən insanları öz gözlərimlə gördüm. Qonşumuzda Həyat adlı qadın oğlu Musanı evdən çıxarmaq istəyib, lakin o çıxmayıb. Ermənilər Musanı yanan ot tayasının içinə atıb yandırmışdılar. Onun yanmış cəsədini gördüm. Həyatın da başından güllə ilə vurmuşdular. Yerə qanı tökülmüşdü, yaylığı düşmüşdü. Amma özü yox idi. Sonra eşitdim ki, onu da aparıb yandırıblar. Digər qonşumuz Zeynalabdin kişinin bacısı Fatma evdən çıxmamışdı. Mən onların evlərinə girəndə çarpayının altında Fatmanın yanmış cəsədini gördüm. Ermənilər evin qapısını bağlayıb od vurmuşdular. Ermənilər körpə uşağı atası ilə bir yerdə öldürmüşdülər. Kənddən 5 nəfər də əsir götürmüşdülər. Qəmər arvad getmək istəməyib, onu avtomatın qundağı ilə itələyiblər yola. Qəmər yerdən odun götürərək silahlı ermənini vurub. Ermənilər onu və oğlu Əbülfəti elə orada güllələyiblər. Həyat yoldaşı və qızını isə özləri ilə aparmışdılar. Qonşu Çayqovuşan kəndində də Bakir babanı və onun həyat yoldaşını evlərinə od vurub yandırmışdılar. Qara kişini də öldürmüşdülər...”

Kəndin digər sakini Mərdan Kərimov faciə baş verən günü belə xatırlayır: “1990-1992-ci illərdə erməni təcavüzü genişlənirdi. Qarabağdakı azərbaycanlılar yaşayan kəndlər bir-bir işğal edilirdi. Bilirdik ki, ermənilər bizim kəndimizə də hücum edəcəklər. Odur ki, kəndin camaatı növbə ilə kəndi müdafiə edirdilər. Mən də aprelin 7-də gecə kəndin müdafiəsi üçün növbədə idim. Ermənilər Sarı dağın arxa hissəsindən keçib dağı götürmüşdülər. Bizim heç nədən xəbərimiz yox idi. Səhər açılanda biz “Ədil bəyin bulağı” deyilən yerə toplaşdıq. Mən o zaman məktəbdə müəllim işləyirdim. Dedim ki, dərsin vaxtıdır, mən kəndə gedirəm. Qiyas adlı oğlan və mən kəndə doğru 20 metr yaxınlaşmışdıq ki, ermənilər bizi hər tərəfdən atəşə tutmağa başladılar. Bir az qaçdıqdan sonra yerə yıxıldım. Gördüm ki, dağın başından, ortasından və bizə yaxın istiqamətdən atəş açırlar. Təpəni aşanda Qiyası vurdular. Namaz qayasının arxasına keçəndə gördüm ki, kürəyindən yaralanıb. Artıq ermənilərin tankları və əsgərləri kəndə girmişdi. Turşuyun talasına çatanda ermənilər yenə məni atəşə tutdular. Kəndə gedə bilmədim. Kənddən, evimizdən xəbərim olmadı. Yaxşı ki, atışmanın səsini eşidən kənd camaatı bir cığırla çıxa bilmişdilər. Ermənilər kəndi yandırmış, çıxa bilməyən sakinləri isə vəhşicəsinə öldürmüşdülər. Bu vəhşiliyi mən heç vaxt unuda bilmərəm. Xocalı faciəsinə bərabər bir faciə idi. İnsanlığa sığışmayan bu vəhşiliyi ermənilər törətmişdilər”.

Ermənilərin Kəlbəcərdə törədikləri digər faciələr

Ermənilərin azərbaycanlılara qarşı nifrəti Ağdaban faciəsi ilə bitməyib.

Kəlbəcərdə vəziyyət pisləşdiyi üçün 1993-cü il martın 31-də qadınları, uşaqları çıxarmaq qərarı verilmişdi. Buna görə də Kəlbəcərdən Laçına gedən tuneldən 30 kəndin sakinləri çıxarılmalı idi. Həmin günlərdə yük maşını ilə 25 nəfərin, qadın, uşaq və qocaların çıxarılması planlaşdırılmışdı. Ermənilər tunelin çıxışında həmin insanları gülləborana tutmuş, xeyli insan öldürmüş, ölməyənləri isə girov götürmüşlər. Kəlbəcər yolu üzərindəki tunelin çıxışında bu cür qətliamlar dəfələrlə olub. “KamAZ” markalı avtomobilə od vurulması, 8 yaşlı uşağın ailəsinin gözləri qarşısında odun içinə atılması hələ də yaddaşlardan silinməyib.

Kəlbəcərdə törədilən digər bir qətliam isə Başlıbel faciəsidir. 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) sığındıqları yerdə öldürülüblər. İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, 1993-cü il aprelin 2-də işğal olunan və uzun illər əsarətdə olan Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Ağdaban sakinləri faciəni törədənlərin cəzalandırılmasını gözləyirlər

Ağdaban faciəsinə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev burada baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Təəssüf ki, ermənilərin törətdikləri faciələr hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb, cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməyib. Ailə üzvlərini, yaxınlarını, yurd-yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş ağdabanlılar da Xocalı, Qaradağlı, Ballıqaya, Meşəli sakinləri kimi uzun illərdir faciəni törədənlərin layiq olduqları cəzanı alacaqları günü gözləyirlər.

İnsanlıq tarixində qara ləkə - Ağdaban faciəsindən 30 il ötür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib