20 Yanvar - azadlığa gedən yolun zirvəsi
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib.
Kollecdən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsində həlak olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov 20 Yanvar hadisələrindən söz açıb. Qeyd olunub ki, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Sonra Qarabağ müharibəsi əlili Arif Məhərrəmovun və Bakı Dövlət Universitetinin professoru İdris Əhmədovun, kollecin müəllimi Nailə Zaliyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Tədbirdə 20 Yanvar faciəsinə aid videoçarx və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.