Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik, hünər və milli məfkurənin yüksəliş tarixidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 20-də Şəhidlər xiyabanına qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmək üçün gələnlərin hər birinin dilindən eşitmək olardı. Səhər tezdən ölkəmizin hər bir yerindən paytaxta gəlmiş insanlar Şəhidlər xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirdilər.

Ziyarətə gələnlər arasında gənclər də çox idi. Onlardan biri - tələbə Fəxri Vəlizadə həmyaşıdlarının fikirlərini ifadə edərək bildirdi: “Biz Azərbaycan gəncliyi olaraq öz qəhrəman şəhidlərimizlə fəxr edirik. Onların uyuduqları müqəddəs məkanı - Şəhidlər xiyabanını ziyarət etmək bizim borcumuzdur. Mən 20 Yanvar hadisələri haqqında kitablardan, mətbuatdan oxumuş, şahidlərin dilindən eşitmişəm. 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olub. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini amansızcasına atəşə tutub. Yüzlərlə insan şəhid olub və yaralanıb. Sovet ordusunun törətdiyi vəhşiliklər insanlıqdan çox-çox uzaq, namərd bir addım idi. Qanlı 20 Yanvar gecəsi dostumuzu və düşmənimizi bizə yaxından tanıtdırdı”.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 25 il ötür. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu.

Şəhidlər xiyabanını ziyarət etmək üçün gələnlər arasında ağsaqqal Fərzəli Hüseynov da vardı. Naxçıvanda yaşayan F.Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təsadüf nəticəsində paytaxtda olduğunu bildirərək dedi: “Əliyalın insanlar o qanlı gecədə küçələrə axışaraq öz azadlıqları uğrunda mübarizəyə qalxmışdılar. O dövrdə hakimiyyətdə olanlar isə xalqa dönük çıxdılar. 20 Yanvar hadisələri Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin xalqla bir olmağa cəsarətinin çatmadığını bir daha göstərdi. Onlar öz vətəndaşlarının yanında olmaqdansa, sovet rəhbərliyinin ətəyindən tutmağı lazım bildilər. Xalq bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar addımlarının açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz edərək ayağa qalxmışdı. Dinc əhaliyə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. 20 Yanvar hadisələri bizim üçün faciə olsa da, xalqımızın tarixinə azadlıq mübarizəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixində daim şanlı səhifə kimi vərəqlənəcək. Biz isə bu xiyabanda uyuyan şəhidlərimizin qanla qazandıqları müstəqilliyi daha da möhkəmləndirməli, onu əbədi etməliyik”.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan silahlı qüvvələr milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdi, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox günahsız insan yaralandı, 800 nəfərdən çox adam qanunsuz həbs edildi.

Şəhidlərin xatirəsini yad etmək üçün ziyarətə gələn müəllimə Reyhan Əliyeva 20 Yanvar qırğınını törədənlərə nifrətini bildirərək vurğuladı: “Dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq. Onlar azadlığımız, müstəqilliyimiz uğrunda şirin canlarını qurban verdilər”.

İyirmi beş il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. İnsanlıq simasını itirmiş hərbi canilər hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarını atəşə tutur, tibb işçilərini qətlə yetirirdilər.

Həmin dəhşətli günlərin ağrı-acısını hələ də unuda bilməyən “Əlillərin Bərpa Mərkəzi”nin tibb bacısı Suğra Abbasova qeyd etdi: “Heç İkinci Dünya müharibəsində faşistlər də bu cür qəddarlıq törətməmiş, təcili tibbi yardım maşınlarını, həkimləri gülləyə tutmamışdılar. Qara Yanvar gecəsi ağır yaralıları çıxarmağa tələsən təcili yardım maşınları, tibb işçiləri atəşə tutuldu, qanlarına qəltan edildi. Bu, qan üzərində qurulmuş sovet imperiyasının xislətindən irəli gəlirdi. 1990-cı ildə sovet ordusu tərəfindən həyata keçirilmiş bu qanlı aksiya bəşəriyyətə, insanlığa qarşı ən böyük cinayətlərdən biridir. 20 Yanvar qırğınını nə qədər ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən böyük qürur hissi keçiririk. Çünki 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Azərbaycan xalqı yaşadıqca, müstəqilliyimiz möhkəmləndikcə şəhidlərimizin ruhu şad olacaq. Ümidsiz qaldığımız o ağır günlərdə imperiyanın paytaxtından eşidilən bir səs qəlblərimizdə azadlıq eşqini coşdurdu, işıqlı sabahımıza ümidlərimizi artırdı. Bu səs ulu öndər Heydər Əliyevin səsi idi. Səhhətindəki problemlərə, ona qarşı təhlükələrə baxmayaraq böyük Heydər Əliyev bir daha xalqının imdadına yetişdi, səsinə səs verdi”.

Bəli, qanlı Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, bəyanat verərək xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə ifşa etdi. Ulu Öndərin bu addımı o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Ulu öndər Heydər Əliyev bu bəyanatı ilə, əslində, 20 Yanvar hadisələrinə cəsarətlə siyasi qiymət verdi. O, SSRİ və respublika rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar mövqeyini qətiyyətlə pislədi, totalitar rejimin törətdiyi 20 Yanvar faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl olduğunu bildirdi.

Paytaxt sakini Əşrəf Zeynalov sovet rəhbərliyinin xalqımızın azadlıq eşqini boğmaq üçün azərbaycanlılara qarşı misli görünməmiş qırğına əl atdığını vurğulayaraq dedi: “O vaxtkı naşı və riyakar rəhbərlik birlik nümayiş etdirmək əvəzinə, xalqından üz çevirdi. Lakin həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Yanvar faciəsinə əsl hüquqi, siyasi qiymət də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Dahi şəxsiyyət Heydər Əliyev Milli Məclisin xüsusi iclasını keçirərək 20 Yanvar faciəsini törədənlərin adlarını bütün dünyaya bəyan etdi”.

Bakı sakini Ə.Zeynalovun fikirlərinin davamı olaraq qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hələ 1990-cı il noyabrın 21-də bu hadisəyə siyasi-hüquqi qiymət verdi. Həmin tarixi sənəddə Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi və hərbi qəsdin cavabdehlərinin, günahkarlarının adları açıqlandı.

Sovet hakimiyyətinin süqutundan və ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi və bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar şəhidi” fəxri adı təsis edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi.

Ulu öndər Heydər Əliyevin bu sahədə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə sərəncam və fərmanlar imzalayıb. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri yaradılıb. Ötən illər ərzində 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin ediliblər. Əlillərə minik avtomobilləri verilib, şəhid ailələrinə Prezident təqaüdü təyin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev daha ətraflı məlumat verərək dedi: “Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunub. Azərbaycan Prezidentinin 19 yanvar 2011-ci il tarixli Fərmanına əsasən isə I qrup 20 Yanvar əlillərinə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənilir. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir.

Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. Azərbaycan Prezidentinin 2014-cü il 18 mart tarixli Sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.

20 Yanvar əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar qeyd olunan təbəqələrdən olanlar birdəfəlik müavinətlə təmin olunurlar. 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək”.

...Qanlı Yanvardan artıq 25 il ötür. Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı hər gün ziyarət olunur, şəhid məzarlarının üzərini al qərənfillər bəzəyir, “Əbədi məşəl” abidəsində Odlar Yurdunun rəmzi olan alov şölələnir. Bütün bunlar barədə düşünərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb