SİYASƏT
Budapeştdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO
Budapeşt, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən səfir Tahir Tağızadə dahi şəxsiyyətin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. T.Tağızadə Ümummilli Liderin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyini, torpaqlarımızın erməni işğalından azad edilməsinin bunun bariz nəticəsi olduğunu vurğulayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt