Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib YENİLƏNİB VİDEO

Praqa, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

Prezident İlham Əliyev: Buyurun, eşidirəm sizi.

- Cənab Prezident, ilk növbədə, bizə vaxt ayırdığınıza görə minnətdarlığımızı ifadə edirik. Bu gün kifayət qədər sıx qrafikiniz var idi. İlk görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə oldu. Sülhə doğru daha bir addımın atılması üçün son görüş də onun vasitəçiliyi ilə keçirildi. Daha da yaxınlaşa bilirikmi və bu prosesdə Avropa İttifaqının, şəxsən Şarl Mişelin rolunu necə qiymətləndirirsiniz?

- Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq.

Hələ ki, təmaslar davam edir. Biz danışdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun ardı kəsilməməlidir. Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri - həm bu gün səhər Şarl Mişellə bir saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın.

- Cənab Prezident, Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər?

- Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərəm. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoq. Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm.

O ki qaldı, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.

-Cənab Prezident, enerji məsələsinə toxundunuz. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz? Mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropaya nə vəd verir və qazın həcmini artırmağımız üçün Avropa hansı addımlar atmalıdır?

- Deyə bilərəm ki, burada da çox dəqiq və açıq gündəlik var. Çünki biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə, indiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.

-Cənab Prezident, Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün detalları barədə də öyrənmək istərdik. Nəzərə alsaq ki, Azərbaycan ərazisində hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur, digər tərəfdən isə Azərbaycan üçün əsas prioritet mina təhlükəsizliyi məsələsidir. Ermənistan isə hələ də təxribatlar törətməyə davam edir. Görüş çərçivəsində hansı məsələlərə toxunuldu və istərdik ki, Siz ətraflı şəkildə məlumat verəsiniz.

- Bəli, bu məsələ bütün görüşlərdə qaldırılır. Bu gün də Ermənistan baş naziri ilə tədbir çərçivəsində ayaqüstü söhbətim də olmuşdur, bundan sonra da olacaqdır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyir. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil.

Siz də qeyd etdiniz ki, bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.

- Cənab Prezident, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş barədə danışarkən, növbəti belə görüşün noyabrda keçiriləcəyi elan edildi. Artıq gələn ay sülh müqaviləsi bağlana bilərmi, ümumiyyətlə, bu sənədin razılaşdırılması hansı mərhələdədir? Nəqliyyat yollarının açılması barədə maddənin bu sənədə daxil olduğunu nəzərə alsaq, o, region üçün nə kimi əhəmiyyət daşıyır?

- Prinsipcə, hələ bir müddət bundan əvvəl mən demişəm ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.

Bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.

Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq. Əlbəttə ki, kommunikasiyaların açılması - bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək.

-Cənab Prezident, icazənizlə, iki məsələyə görə Sizə bir daha təşəkkürümüzü bildirək. Qeyd etdiniz ki, bundan sonra da Sizin görüşünüz nəzərdə tutulur. Birincisi, sıx qrafikinizdə bizə vaxt ayırdığınıza görə. İkincisi isə bu gün liderlərin birgə fotosu çox geniş yayıldı, sosial şəbəkələrdə çox geniş müzakirə olundu və qeyd edildi ki, bizim mövqeyimiz mərkəzdə və öndədir. Əslində, Azərbaycanın bu mövqeyinə görə də bir daha təşəkkür edirik.

Prezident İlham Əliyev: Mən də təşəkkür edirəm. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib YENİLƏNİB VİDEO

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub

Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır

Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir

Hekayəsi Zəfər: ADPU-da qazi tələbələrlə görüş təşkil olunub

Kiberinsident: Ən böyük kriptobirjadan 6,3 milyard dollar oğurlanıb

Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Beynəlxalq təhlükəsizlik sisteminin etibarlılığı qəbul edilmiş qərarların icrasına verilən təminatla ölçülür - ŞƏRH

Azərbaycan Kuboku: 18 oyunda 107 qol vurulub

® Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Qərbi Azərbaycanda tarixi abidələrimiz - İrəvan qalası

“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib

BMT: Qışda 9 milyon insan əlavə humanitar yardıma ehtiyac duyacaq

Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Əli Əsədov: Ümid edirik yaxın vaxtlarda Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq

İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib

Professor: İT təhsilinin gələcəyi auditoriyadan real texnoloji layihələrə keçir - ŞƏRH

İrəvanın tarixinə dair iki kitab ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib

Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib

Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib

İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir

Rusiya səmasında mindən çox dron vurulub

Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb

Əli Əsədov: Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Filippində Mayon vulkanı püskürüb

Qətər vasitəçiləri ABŞ-İran razılaşmasını müzakirə etmək üçün Tehrandadırlar

Parlament Əmək Məcəlləsində dəyişikliyi təsdiqləyib

BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarındandır

Baş prokuror Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Tarixi nəticəyə imza atan cüdoçu: İstəyirəm uğurum digər qızlarımıza da motivasiya olsun - MÜSAHİBƏ

Kriptovalyuta bazarında “Binance” gərginliyi: 2,54 milyard dollarlıq aktiv dondurulub

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir: Milli Məclis təsdiqlədi

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetdir

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

“Reuters”: Pentaqon bəzi Avropa ölkələrindən Rusiya əleyhinə ritorikanı yumşaltmağı xahiş edib

Əli Əsədov: Doqquz ayda Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb

Azərbaycanda minatəmizləmə fəaliyyətinə Slovakiyanın mümkün dəstəyi müzakirə edilib

AzTU tədqiqat universitetinə çevrilir: əsas hədəflər və strateji prioritetlər müəyyənləşib

Lətif Qasımov: Aqrar sahənin rəqəmsallaşdırılması və müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığı artıracaq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Astarada tezyetişən naringinin yığımı aparılır – Qiymətlər 50 qəpikdən başlayır

Deputat: Kənd təsərrüfatı işçilərinin əməyi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

“Təcrübəlilər öyrədir”: DİA-nın rektoru dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqindən danışıb

Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030-cu ilədək başa çatdırılacaq

Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurdakı müasir təsərrüfatlar yeni imkanlar yaradır

Neft qiymətləri ardıcıl 4-cü aylıq artıma hazırlaşır

® Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək

MEK-də Xaqani Şirvani irsinə dair elmi seminar təşkil edilib

Türk dünyasının tətbiqi sənəti Daşkənddə beynəlxalq konfransda təhlil olunub

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq VİDEO

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq VİDEO

® İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək

Ötən gün 39 cinayətin açılması təmin olunub

Milli Kitabxanada siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş sərgi açılıb

Nazir: Doqquz ayda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib

Mifoloji və klassik ədəbiyyat prizmasından Novruz - elmi seminar

Yol qəzasından sonra tərəflər barışdı, məhkəmə cinayət işinə xitam verdi

“Qalatasaray” – “Fənərbağça” derbisinin cəzaları açıqlanıb

Azərbaycançılıq ideologiyası milli birliyin və dövlətçiliyimizin möhkəm təməlidir ŞƏRH

“Bitcoin”in qiyməti 78 min dollara enib

Alimlər Malidə tapılan 4,1 milyard il əvvələ aid Mars meteoritini tədqiq ediblər

“Milan” və “İnter” yeni stadionlarını təqdim edib

Bakıətrafı ərazilərdə dəmir yolu stansiyalarının sayı 40-ı ötəcək VİDEO

Bakıətrafı ərazilərdə dəmir yolu stansiyalarının sayı 40-ı ötəcək VİDEO

Məcnun Məmmədov: Məhsuldarlığın artırılması və müasir suvarma texnologiyalarının tətbiqi əsas vəzifələrdəndir

Çempionlar Liqası: "Araz-Naxçıvan" futzal klubu Polşa təmsilçisinə qarşı

Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub

Qızılın qiyməti neftin bahalaşması və inflyasiya təzyiqləri fonunda 4 min dollardan aşağı düşüb

Beynəlxalq tədbirin iştirakçıları “ASAN xidmət”də

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyəcək

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiyanın inşası və bərpası planlaşdırılır VİDEO

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiyanın inşası və bərpası planlaşdırılır VİDEO

Səudiyyə Ərəbistanı NATO və Qərb ölkələri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Biləcəri qəsəbəsində yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Biləcəri qəsəbəsində yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Bu gün Bakıda FIFA U-15 dünya çempionatına yekun vurulacaq

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşır VİDEO

Birjalarda neft bahalaşır VİDEO

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında son oyununa çıxır

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Alimlər Arktikada üç fərqli iqlim zonasının olduğunu müəyyənləşdiriblər

Milli Məclisdə yeni ombudsmanın seçilməsi məsələsi müzakirəyə çıxarılıb

Qlobal təcrübələr əsasında dinlərarası anlaşmanın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır VİDEO

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır VİDEO

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun VİDEO

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun VİDEO

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram VİDEO

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram VİDEO

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir VİDEO

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir VİDEO

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub