Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin görülməsini davam etdirilir.