FHN: Nərimanov rayonunda yaşayış binasında baş vermiş yanğın söndürülüb VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı şəhəri, Nərimanov rayonunun Atatürk prospektindəki çoxmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
19:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.