Gəncədə avtomobil qəzası: Ölən və xəsarət alanlar var YENİLƏNİB VİDEO
Gəncə, 23 noyabr, AZƏRTAC
Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21015” ilə “VAZ 21014” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova xəstəxanada ölüb.
Aşağıda adları qeyd edilmiş beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar:
2004-cü il təvəllüdlü Əli Süleymanov,
2005-ci il təvəllüdlü Nərmin Qarayeva,
2004-cü il təvəllüdlü Nərgiz Qarayeva,
1958-ci il təvəllüdlü Fərqanə Məmmədova,
1999-cü il təvəllüdlü Taleh İsmayılov.
Faktla bağlı araşdırma aparılır.