Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir VİDEO

Oğuz, 14 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Bu gün gözəl gündür. Gözəl tədbir keçirilir, bu gün Oğuz

şəhərinin içməli su ilə təminatı həll olunur. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Oğuz əhalisinin rahat yaşaması üçün növbəti töhfə olacaqdır.

İçməli su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif yerlərdə icra edilir və son aylar ərzində bu iş daha da geniş vüsət almışdır. Biz keçən həftə Kürdəmirdə, bu gün isə İsmayıllıda içməli su layihələrinin açılışını qeyd etmişik, indi isə Oğuzda. Bundan sonrakı aylarda hələ ki, içməli su ilə tam şəkildə təmin olunmayan bütün başqa bölgələrdə də bu layihələr icra ediləcəkdir. Biz vətəndaşları içməli su ilə təmin edəcəyik. İnsanların sağlamlığı, rahat yaşaması üçün çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda içməli su-kanalizasiya problemi uzun illərdir insanları narahat edirdi. Biz bu məsələni birdəfəlik həll etmişik və bundan sonra Oğuzda içməli su problemi olmayacaqdır.

Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir. Mənə verilən məlumata görə, bir neçə kənddə artıq içməli su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda bu problem tamamilə aradan qaldırılmalıdır. Bu, böyük layihələrdir, böyük vəsait, texniki peşəkarlıq tələb edən layihələrdir. Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik və regionların sosial-iqtisadi inkişafı artıq reallıqdır. Hər bir yerdə, hər bir bölgədə, hər bir şəhərdə infrastruktur layihələri icra edilir, insanların rahat yaşaması üçün işlər görülür, iş yerləri açılır.

Mən Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki səfərlərimdə müxtəlif açılışlarda iştirak etmişəm. Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin açılışını bərabər qeyd etmişdik. Keçən dəfə burada olarkən böyük parkın açılışını qeyd etdik. Bu gün su layihəsi artıq istifadəyə verilir, Heydər Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda yəqin ki, bir daha görüşəcəyik. Yəni, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük - sosial obyektlər tikilir, eyni zamanda, iş yerləri açılır. Səfərlərimin birində qlükoza zavodunun açılışında da iştirak etmişdim və zavodun gələcək fəaliyyəti ilə bağlı göstərişlər də verilmişdir. Yəni, Oğuzda sənaye, iş yerləri layihələri icra edilir, sosial obyektlər, - indi uşaq bağçası açılacaqdır, - su layihələri, qazlaşdırma artıq şəhərdə həll olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər çəkilir. Bax, budur bizim yanaşmamız. Hər bir bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir. Elə etməliyik ki, insanları narahat edən bir dənə də olsun məsələ qalmasın. O cümlədən kənd yollarının, körpülərin tikintisi. Burada kənd yollarının tikintisinə vəsait ayrılmışdır, körpü tikilmişdir. İndi buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi açılışını qeyd etmişik, artıq bu yol neçə vaxtdır ki, istifadədədir, çox rahat, gözəl yoldur. Ondan sonra Şəki-Qax yolu açılışa hazırdır. Bu yol da məsafəni təxminən 2 dəfə qısaldır və yol şimal-qərb sərhədimizə qədər uzanır. İnsanlar Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni, onu demək istəyirəm ki, bütün infrastruktur layihələri icra edilir - su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd yolları, məktəblər, xəstəxanalar, Olimpiya Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə ola bilər?! İş yerləri açılır. Ona görə dinamik inkişaf budur. Azərbaycanın reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk. Bizim çox ciddi sosial siyasətimiz vardır. Bax, bu layihə sosial siyasətin əlamətidir.

Bir daha sizi bu gözəl hadisə münasibətilə, deyə bilərəm ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Mərkəzi Xəstəxananın həkimi İradə MƏMMƏDOVA dedi:

- Möhtərəm Prezident, Sizi oğuzlular adından salamlayıram. Oğuza xoş gəlmisiniz!

Bu gün bizim üçün çox əlamətdar bir gündür. Oğuzda yeni su xətti istifadəyə verilir. Suyun insan üçün necə əvəzedilməz bir nemət olduğunu biz hamımız yaxşı bilirik, bir həkim kimi mən də bilirəm. Kanalizasiya sistemi şəhərimizdə heç olmamışdır. Amma açılışında bizə şərəf verərək, bizi qürurlandıraraq Sizin iştirak etdiyiniz bu su xətti vasitəsilə Oğuz və ona yaxın kəndlər təmiz içməli su ilə təmin ediləcəkdir. Kanalizasiya sisteminin yaradılması nəticəsində şəhərimiz daha müasir bir şəhərə çevriləcəkdir. Bunlar bizə Sizin töhfənizdir, Sizin hədiyyənizdir. Oğuzlular adından ürəkdən Sizə bir daha təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, respublikamızda gedən quruculuq, yaradıcılıq, abadlıq işləri hamımızın gözü qarşısındadır. Biz hər gün, yeni-yeni obyektlərin, körpülərin, yolların, bir həkim kimi deyirəm, diaqnostika mərkəzlərinin, yeni-yeni məktəblərin, turizm mərkəzlərinin, idman komplekslərinin açılışının şahidi oluruq. Bu işlər Oğuzdan da yan keçməmişdir. Sizin qayğınız, xüsusi diqqətiniz nəticəsində qısa bir müddət ərzində Oğuz o qədər dəyişmişdir ki, təzə gələn qonaqlar buranı tanımırlar. Yollar abadlaşmış, işıqlanmış, yeni idman kompleksi, yeni xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. Xəstəxanamız hər cür müasir avadanlıqla təmin edilmiş, məktəblər tikilmiş, parklar açılmış, yollarımız abadlaşmışdır.

Bu gün daha əlamətdar bir gündür. Bu gün Oğuzda yeni bağçanın da açılışı olacaqdır. Yəqin ki, möhtərəm Prezidentimiz bu açılışda iştirak etməklə, bizi bir daha şərəfləndirəcəkdir. Bizə göstərdiyiniz bu qayğıya görə Sizə, Sizin xanımınıza, Mehriban xanım Əliyevaya həm bir qadın, həm də bir həkim kimi təşəkkür edirəm. O da bizim həmkarımızdır.

Möhtərəm Prezident, regionlarımız gündən-günə çiçəklənir, inkişaf edir. Məlumdur ki, iqtisadiyyatın ən gəlirli sahələrindən biri də turizmdir. Özünüz də gördüyünüz kimi, Allah-təala bizə belə füsunkar təbiət verib. Ancaq yalnız təbiət kifayət deyil, Sizin qayğınız, diqqətiniz, bu abadlaşma nəticəsində Oğuz turizm sahəsində gözəl bir mərkəzə çevrilir. Təbii ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də mütəxəssislərə ehtiyac vardır.

Mən bu səadəti ümumiyyətlə ağlıma gətirməzdim, Sizinlə üzbəüz dayanmaq, öz arzumu bildirmək. Mən Sizə öz ailəm adından xüsusi təşəkkür etmək istəyirəm. Sizin gənclərə olan atalıq qayğınız nəticəsində mənim qızıma da Dövlət Proqramı çərçivəsində dövlət təqaüdü verilmiş və o, Böyük Britaniyada məhz turizm sahəsində magistratura keçərək ixtisaslı bir kadr kimi respublikamıza qayıtmışdır. Bizim ailəmizin sevincini sözlə ifadə etmək çətindir. Mən buna görə Sizə ürəkdən təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun.

İradə MƏMMƏDOVA: Möhtərəm cənab Prezident, məhz Sizin səyləriniz, gecə-gündüz işləməyiniz nəticəsində, - televizorda da göstərmişlər ki, respublikamızda ən çox işləyən şəxs Prezidentimiz və onun xanımıdır, - Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bölgədə isə birinci dövlətik. Bu, Sizin xalqımıza olan töhfənizdir, bizim xoşbəxt, firavan gələcəyimiz üçün çalışmağınızın nəticəsidir. Sizə təşəkkür edirik, Sizinlə qürur duyuruq. Belə bir Prezidentimiz olduğu üçün çox xoşbəxtik. Oğuzlular həmişə Sizinlə olmuşdur və əmin ola bilərsiniz ki, həmişə Sizi dəstəkləyəcəklər. Azərbaycanımızın çiçəklənməsi yolunda Sizə böyük nailiyyətlər arzu edirik, yolunuz açıq olsun, Ulu Tanrı həmişə Sizi qorusun! Çox sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Oğuzda doğrudan da, son illər ərzində əsaslı dəyişikliklər baş vermişdir. Mən ilk dəfə Oğuza 2005-ci ildə gələndə vəziyyət tam başqa idi. Yəni, doğrudan da, Oğuz rayonu çox böyük inkişaf yolu keçmişdir. Azərbaycanda, o cümlədən Oğuz rayonunda bütün işlər ardıcıllıqla aparılır. Sürətli iqtisadi inkişafı təmin etmək üçün, ilk növbədə, necə deyərlər, ilkin şərtlər lazımdır - infrastruktur, yol, işıq, qaz. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz və biz bütün bu problemləri ardıcıllıqla həll edə bilmişik. İndi bütün infrastruktur layihələri yüksək səviyyədə həll olunubdur.

Gələcəkdə Oğuz rayonunun potensialından maksimum dərəcədə istifadə etmək üçün buranın təbiətini və təbii şəraitini nəzərə almaqla, müxtəlif istiqamətlər üzrə inkişaf planı da icra edilməlidir. Çünki burada infrastruktur var, yollar çəkilib, qaz xətləri, işıq xətləri, içməli su, kanalizasiya, xəstəxana, Olimpiya Mərkəzi, digər ictimai yerlər, parklar salınır. Buranın gələcək inkişafı yəqin ki, turizmlə, kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlı olmalıdır. Bax, bu üç istiqamət üzrə burada bundan sonra da işlər gedəcəkdir. Əminəm ki, bütün bu əsas infrastruktur layihələri icra olunandan sonra buraya investisiyalar özəl sektordan da çox qoyulacaqdır.

Əvvəlki dövrlərdə mən burada otelin açılışında da iştirak etmişdim. Bu imkanlar da var. İndi gözəl yol çəkilibdir. İndi Bakıdan buraya çox rahat gəlmək olur. Eyni zamanda, Qəbələdə bildiyiniz kimi, beynəlxalq aeroport artıq fəaliyyət göstərir və beynəlxalq uçuşlar artıq icra edilir. Aeroportdan Oğuza qədər təqribən yarım saatlıq yoldur. Yəni, hesab etmək olar ki, Oğuzun da beynəlxalq aeroportu var əminəm ki, gələcəkdə bu zonaya - Oğuza, Şamaxıya, Qəbələyə, Şəkiyə və digər rayonlara gələnlərin sayı artacaqdır.

Daxili turizm hazırda daha çox artır. Bu da çox gözəl göstəricidir. Çünki insanların imkanları artır ki, onlar öz ölkəsində gedib istirahət edirlər. Xarici turizm də artır, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, musiqi festivalları, siyasi tədbirlər, bax, sabahdan Türkdilli Ölkələrin dövlət başçılarının zirvə görüşü Qəbələdə keçiriləcəkdir. Bax, bu zonanı turizm mərkəzinə - nəinki Azərbaycanın, bölgənin və gələcəkdə dünyanın turizm mərkəzlərindən birinə çevirmək üçün bütün ilkin şərtlər vardır.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafı. Burada bu inkişaf üçün gözəl potensial vardır. Digər sahələr də vardır ki, Oğuz rayonunun inkişafına xidmət göstərə bilər və uzunmüddətli gələcəyimizi təmin edə bilər. Eyni zamanda, dövlət investisiyaları da qoyulacaqdır. Çünki baxmayaraq ki, əsas infrastruktur layihələri başa çatıb, hələ görüləsi işlər çoxdur. Kənd yerlərində görüləsi işlər çoxdur, uşaq bağçaları çatışmır, hələ qəzalı vəziyyətdə olan məktəblər yəqin ki, Oğuz rayonunda da, başqa yerlərdə də vardır. Bu işlər də ardıcıllıqla öz həllini tapacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı bundan sonra da təmin ediləcəkdir. Gələn ilin əvvəlində regional inkişaf üzrə üçüncü Dövlət Proqramı qəbul olunmalıdır. Proqramda növbəti beş il üçün konkret vəzifələr, konkret layihələr göstəriləcəkdir. Yəqin ki, Oğuz rayonundan da artıq İqtisadi İnkişaf Nazirliyinə və Prezident Administrasiyasına təkliflər verilmişdir. Bu təkliflər əsasında Oğuz rayonunun gələcək beş il ərzindəki inkişafı ilə bağlı konkret, adbaad tədbirlər göstəriləcəkdir.

Mən əminəm ki, gələcəkdə Oğuza hələ çox səfər edəcəyəm. Çünki burada açılışa hazır olacaq obyektlər çoxalacaq, həm müəssisələr, gözəl Heydər Əliyev Mərkəzi, digər obyektlər. Sizinlə hələ çox görüşəcəyik. Bir daha sizi ürəkdən təbrik edirəm və Sizə cansağlığı arzulayıram.

X X X

Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaradılması layihəsinə, sxemlərə baxdı.

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdır. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir.

Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir.

İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri inşa olunmuşdur. Şəhərdə bütün abonentlərin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.

Dövlətimizin başçısı mərasim iştirakçıları ilə söhbət etdi.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir VİDEO

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək