Evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsindəki evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ondan əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.
Həmçinin həmin bölmənin əməkdaşlarının son günlər apardıqları profilaktik tədbirlər zamanı ümumilikdə 8 müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 odlu silah aşkarlanıb, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.