Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə Mədəniyyət Mərkəzi açılmışdır VİDEO

Balakən, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycanda mədəniyyətin inkişafına göstərilən qayğı daha da artmış, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Mədəniyyətin və incəsənətin inkişafına diqqət yeni mədəniyyət ocaqlarının inşasında da özünü büruzə verir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət almışdır. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılmış, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilmişdir. Balakəndə inşa olunan Mədəniyyət Mərkəzi də bu sırada mühüm yer tutur.

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanmışdır. İnşaat işləri yüksək səviyyədə aparılmışdır. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Bunun nəticəsində mərkəzin binası rayonun gözəlliyini daha da artırmışdır.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətin inkişafına diqqət və qayğılarını əks etdirən fotostend yaradılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzin 260 yerlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da vardır. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri və müəllimlər otaqları vardır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sabahınız xeyir olsun. Sizi ürəkdən salamlayıram, Balakən Mədəniyyət Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəldir, Balakənə yaraşan bir mərkəzdir. Burada həm dərnəklər var, eyni zamanda, böyük konsert zalı yaradılıbdır. Yəni, burada rayonun müxtəlif tədbirləri keçiriləcək. Memarlıq baxımından da gözəl binadır, şəhərə əlavə yaraşıq verəcəkdir.

Mən artıq bir neçə dəfə Balakəndə səfərdə olmuşam və hər dəfə açılışlarda iştirak edirəm. Şadam ki, bu açılışların sayı artır. Balakənin son illər ərzində inkişafı məni və yəqin ki, sizi çox sevindirir. Çünki doğrudan da son illərdə böyük bir irəliləyiş olmuşdur. Balakəndə sosial problemlər öz həllini tapır. Keçən səfərlərimdə biz böyük xəstəxananın açılışını qeyd etmişdik. Burada Olimpiya Kompleksi, digər sosial obyektlər yaradılır. İnsanların istirahəti üçün gözəl imkanlar vardır. Deyə bilərəm ki, Azərbaycanın bölgələrində bəlkə də ən böyük istirahət parkı Balakəndədir. Çox gözəl, möhtəşəm parkdır. Həm böyük rəmzi məna daşıyır, eyni zamanda, insanların rahat istirahəti üçün də çox gözəl imkanlar vardır.

Balakəndə iqtisadi sahədə işlər yaxşı gedir, yeni müəssisələr, iş yerləri açılır. Əlbəttə ki, bu da çox vacibdir. Çünki ölkəmizin uğurlu inkişafı üçün, ilk növbədə, iqtisadiyyat inkişaf etməlidir. Deyə bilərəm ki, bu istiqamətdə son illərdə bütün bölgələrdə nəticələr yaxşıdır, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatır. Proqram artıqlaması ilə yerinə yetirilibdir və gələn ilin əvvəlindən üçüncü proqram icra edilməyə başlayacaqdır. Beləliklə, növbəti beş il ərzində bu günə qədər həll edilməmiş problemlər də öz həllini tapmalıdır.

Ancaq qeyd etməliyəm ki, Balakəndə əsas infrastruktur layihələrinin icrası başa çatır. Qazlaşdırma 95 faizə çatmışdır. Demək olar ki, bütün kəndlərdə də qaz xətləri çəkilibdir. Heç vaxt bu, belə olmamışdır. İçməli su, kanalizasiya layihələrinin icrası da yəqin ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, şəhər və ətraf kəndlər 24 saat təmiz içməli su ilə təmin ediləcəkdir. Bu layihələr indi demək olar ki, hər həftə istifadəyə verilir. İki həftə ərzində - Kürdəmirdə, İsmayıllıda, Oğuzda artıq layihələr istifadəyə verilmişdir. Bu gün Zaqatalada içməli su layihəsi istifadəyə verilir. Balakəndə isə gələn il bu layihə artıq istifadəyə veriləcəkdir.

Yəni sosial infrastruktur, digər layihələr icra edilir və biz növbəti illərdə yəqin ki, daha çox kənd yollarının bərpasına diqqət verməliyik. Bu proses də başlamış, ölkəmizdə geniş vüsət almışdır. Ancaq bildiyiniz kimi, bu, çox böyük vəsait tələb edən layihələrdir və zamana da ehtiyac vardır. Çünki kənd yollarımızın əksəriyyəti yararsız vəziyyətdə idi. Son illərdə bu sahəyə çox böyük vəsait ayrılır və çalışırıq ki, hər bir rayonda heç olmasa bir və ya iki böyük layihə icra edilsin. Ona görə hər bir rayonun kənd yollarının tam şəkildə bərpası bir qədər vaxt tələb edəcəkdir. Ancaq hesab edirəm ki, növbəti beş il ərzində, bəlkə də ondan da tez bütün kənd yolları qurulacaq, tikiləcəkdir. Yəni, qarşıya belə bir vəzifə qoyulubdur. Bütövlükdə deyə bilərəm ki, hər bir sahədə biz maksimum, hədəfləri seçirik və o hədəflərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Hər bir rayonun öz proqramları, öz inkişaf dinamikası vardır. Balakəndə bu dinamika çox müsbətdir.

Burada iqtisadi inkişaf, sosial məsələlərin həlli, gözəllik, abadlıq işləri məni sevindirir. Əlbəttə, Balakən çoxmillətli diyardır. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir.

Tədbirlərin keçirilməsi özlüyündə vacib bir hadisədir. Eyni zamanda, o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə - Avropada, Orta Şərqdə, müxtəlif bölgələrdə dini və milli dözümsüzlük hökm sürür. Bu, zəmanənin mənfi əlamətidir və bu proseslər kəskinləşir. Yəni, əfsuslar olsun ki, dünyada qarşıdurmaya aparan bəzi siyasətçilərin, siyasi qrupların fəaliyyəti fəlakətlərə gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz internet dövründə yaşayırıq, hər bir məlumatı televiziya vasitəsilə əldə etmək üçün bütün imkanlar vardır. Əlbəttə ki, bu, bizi çox narahat edir və üzür. Çünki belə olmamalıdır. Bütün xalqlar, bütün dinlərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşamalıdırlar. Bütün xalqlar bir-birinə hörmət əsasında yaşamalıdırlar. Yəni, dünyada gedən proseslər əlbəttə ki, bizi narahat etməlidir. Çünki biz təcrid edilmiş vəziyyətdə, adada yaşamırıq. Biz çalışırıq ki, Azərbaycanda yaradılmış müsbət təcrübə artıq hüdudlarımızın kənarına çıxsın və Azərbaycan təcrübəsi daha geniş şəkildə öyrənilsin, bizdə mövcud olan gözəl ab-hava və qardaşlıq iqlimi dünyaya, heç olmasa, bölgəyə yayılsın.

Ölkəmizə gəldikdə isə, Azərbaycanda milli məsələlər ən yüksək səviyyədə həll olunur. Bəlkə də bu barədə çox danışılmır. Buna ehtiyac da yoxdur. Ancaq cəmiyyətimizin inkişafı, cəmiyyətdə mövcud olan həyat tərzi, bizim milli dəyərlərimiz, ümumbəşəri dəyərlərin Azərbaycanda geniş şəkildə tətbiq edilməsi bu vacib sahədə də müsbət nəticələrə gətirib çıxarmışdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bunun təməlində əlbəttə ki, düşünülmüş siyasət və cəmiyyətin bu məsələlərə münasibəti dayanır. Çünki bu məsələlər təkcə dövlət siyasəti ilə tənzimlənə bilməz. Dövlət əlbəttə ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, vəziyyətə nəzarət edir, çatışmayan bütün məsələləri həll etməyə çalışır və həll edir.

Ancaq, eyni zamanda, bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu gözəl qardaşlıq ab-havası yaşanır və güclənir. Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, sadəcə gözəl sözlər deyil, bu, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər.

Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, bu tədbirlərdə səslənən fikirlər, o cümlədən dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir. Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir. Bu dəyərlər üzərində müasir, müstəqil dövlət qurulmuşdur və bu dövlət gündən-günə güclənir. Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır. Regional inkişaf proqramlarının qəbul edilməsi məhz bu məqsədi güdürdü. Çünki əvvəlki Balakəni indiki Balakənlə müqayisə etmək mümkün deyil. Bundan əvvəl demək olar ki, burada görüləsi işlər çox idi. Yadımdadır, ilk dəfə buraya gələrkən demişdim ki, əminəm, inkişaf olacaq və Azərbaycan dövləti bu bölgənin inkişafına öz dəstəyini verəcəkdir. Bu gün bu bölgə cənnətə çevrilib. Bakıdan başlayaraq Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən - bütün bu zona canlanır, turizm mərkəzinə çevrilir, beynəlxalq tədbirlər, sammitlər keçirilir. Əlbəttə ki, bu, Azərbaycanın inkişafını göstərir.

Hər bir bölgənin uğurlu inkişafı nəticədə ölkəmizin inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar aparılır və bu ilin 7 ayının göstəriciləri də çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən 11 faiz artmışdır. Bu da dünyada rekord göstəricidir. Bütün maliyyə, iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda bəzi başqa ölkələrdən fərqli olaraq düşünülmüş siyasət aparılır və heç vaxt lazımsız borclanma siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq, müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə güclənir və iqtisadi müstəqilliyi nəticəsində siyasi müstəqilliyini də təmin edir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir. O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən edilibdir. Biz inkişaf etmiş ölkəyə çevrilməliyik və çevriləcəyik. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaşın töhfəsi çox vacibdir. Balakənlilər həmişə olduğu kimi, Vətənə, dövlətə, dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim ümumi işimizə də təkan verirlər. Belə gözəl binaların yaradılması əlbəttə ki, dediyim sözlərin sübutudur. Bir daha sizi təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzu edirəm.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Səbuhi ALQAYEV Balakənə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident!

Sizi rayon ictimaiyyəti və gənclərimiz adından salamlayıram. Balakənə xoş gəlmisiniz, cənab Prezident. Bu gün rayonumuzun həyatında olduqca əlamətdar bir gündür. Gözəl memarlıq üslubunda tikilmiş möhtəşəm mədəniyyət sarayının açılışını etdiniz. Belə bir mərkəzin tikilməsi hər bir balakənlinin, xüsusən də biz gənclərin ürəyincədir. Çünki biz gənclər üçün burada hər cür şərait yaradılmışdır. Bildiyiniz kimi, Balakən çoxmillətli rayondur. Belə bir möhtəşəm mədəniyyət mərkəzinin tikilməsi çoxmillətli rayonumuzda yaşayan xalqların zəngin mədəni irsinin qorunmasına və inkişafına, burada fəaliyyət göstərəcək müxtəlif dərnəklər isə istedadlı və yaradıcı gənclərin mövcud potensialının üzə çıxarılmasına, əhalimizin mədəni istirahətinə xidmət edəcəkdir. Buna görə bütün rayon sakinləri və gənclərimiz adından Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmiz ağlasığmaz dərəcədə dəyişmiş, yenilənmişdir. Azərbaycanımız qüdrətli, dünya miqyasında xüsusi yeri olan bir dövlətə çevrilmişdir. Bu, təkcə mənim deyil, bütün gənclərimizin, bütün ziyalılarımızın fikridir, cənab Prezident! Bu, Sizin siyasətinizin nəticəsidir. Bu, Sizin xalqa, Vətənə xidmətinizin bir nümunəsidir. Biz gənclər Sizdən nümunə götürürük, cənab Prezident. Sizi gənclər özünə lider seçiblər və Sizin arxanızca gedirlər. Çünki Sizin bir amalınız var, cənab Prezident, Azərbaycanımızı daha qüdrətli etmək, ölkəmizin xoşbəxt yaşayışını və firavan həyat tərzini təmin etmək!

Rayonumuzda keçirdiyiniz bütün görüşlərinizdə, o cümlədən respublikamızda keçirilən görüşlərdə Siz həmişə qeyd edirsiniz ki, ölkəmizin parlaq gələcəyi biz gənclərin əlindədir. Gənclərimiz isə bilikli və savadlı olmalıdırlar. Bunun üçün Siz biz gənclər üçün hər bir şərait yaratmısınız. Buna görə Sizə minnətdarıq cənab Prezident. Bu gün minlərlə gəncimiz dövlət hesabına xarici ölkələrdə təhsil alır. Onlar ölkəmiz üçün lazım olan ixtisaslara və texnologiyalara yiyələnərək, yüksək hazırlıqlı mütəxəssis kimi iqtisadiyyatımızın müxtəlif sahələrində çalışırlar. Bu gün biz gənclər də öz məsuliyyətimizi başa düşürük. Bilirik ki, yaxşı oxumalıyıq, əzmlə çalışmalıyıq.

Möhtərəm cənab Prezident, bildiyiniz kimi, təbiət gözlənilməz hadisələrlə biz insanları sınağa çəkir. 2012-ci ildə bölgəmizdə baş vermiş zəlzələ zamanı Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu nümayiş etdirdiniz. Heç kəsi darda qoymadınız, cənab Prezident. Sizin rəhbərliyinizlə balakənlilər üçün yeni evlər tikildi, müasir məktəblər inşa edildi. Siz bizə yeni həyat bəxş etdiniz, cənab Prezident.

Möhtərəm cənab Prezident, biz gənclər Sizə güvənir, Sizə arxalanırıq, Sizinlə fəxr edirik, qürur duyuruq. Əmin ola bilərsiniz ki, indən sonra həyata keçirəcəyiniz bütün işlərdə bütün balakənlilər, bütün Balakən gəncləri həmişə Sizinlə olacaqlar.

Prezident İlham ƏLİYEV: Sağ olun!

 

X X X

Dövlətimizin başçısı bütün bölgələrimiz kimi, Balakənin inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.

Sakinlər də buna görə Prezident İlham Əliyevə bir daha təşəkkürlərini çatdırdılar.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Balakəndə Mədəniyyət Mərkəzi açılmışdır VİDEO

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb