Narkotik vasitənin təsiri altında motosiklet sürən sürücü saxlanılıb VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsü saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Həmçinin onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.