Keçmiş məcburi köçkün: Cəbrayıla qayıtmaq mənim üçün mənəvi rahatlıqdır VİDEO
Bakı, 22 iyul, AZƏRTAC
“Doğma Cəbrayıla qayıtmaq mənim üçün təkcə köç deyil, həm də böyük bir mənəvi rahatlıqdır. Hər daşında, hər küçəsində tarix, iz, yaddaş var”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl şəhərinə köç edən Şəhla Səmədova deyib.
O bildirib ki, Cəbrayıla qovuşmaq uzun illərdən sonra bir arzunun gerçəyə çevrilməsi deməkdir: “Hər zaman ümid etmişik, inanmışıq. İndi həmin inam öz bəhrəsini verir. Bu qayıdış bizim gələcəyimiz üçün, övladlarımız üçün yeni bir başlanğıcdır”.
O, torpaqlarımızın azad olunmasında əməyi olan Azərbaycan Ordusuna təşəkkür edib, qazilərə şəfa, şəhidlərə rəhmət diləyib.