Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRİA-nın sədri: Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir VİDEO

İRİA-nın sədri: Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir VİDEO

Bakı, 30 iyul, AZƏRTAC

Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxış edərkən deyib.

“Rəqəmsallaşan dünyamızda artıq gündəlik həyatımızın demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edirik - mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri və müxtəlif platformalar bu prosesin ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daha rahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasında mühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi bu üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır. Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi önəm verməsi son dərəcə vacibdir.

Bildiyimiz kimi, 2023-cü il avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın tədbirlər planında informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması, insidentlərin monitorinqi, süni intellektin tətbiq sahələrinin genişləndirilməsi və fərdi məlumatların qorunması kimi vacib istiqamətlər yer alır. Strategiyada xüsusi diqqət yetirilən sahələrdən biri də ixtisaslı kadr potensialının inkişafıdır”, - deyə Fərid Osmanov əlavə edib.

Cari ilin yanvar ayında təsdiqlənən Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində də rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişafın təmin olunması məqsədilə kadr potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdıran Fərid Osmanov bildirib ki, bu çərçivədə əhalinin rəqəmsal savadlılığının və kiberməlumatlılığının artırılması, müasir İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, müxtəlif təlim proqramlarının təşkili, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə kadr potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.

Fərid Osmanov vurğulayıb ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İsrailin "Technion" Texnologiya İnstitutunun birgə əməkdaşlığı və “PASHA Holding”in dəstəyi ilə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi də qeyd edilən istiqamətlərin inkişafına töhfə verən işlərini davam etdirir.

“Mərkəz, həmçinin “CyberCollab” layihəsi çərçivəsində dövlət qurumları və özəl sektorun İKT üzrə rəhbər şəxsləri üçün süni intellekt və kibertəhlükəsizlik mövzusunda təlimlər keçirir. Bu təlimlərin önəmi çox böyükdür. Bəzi beynəlxalq araşdırmalara görə, artan kibertəhdidlərin bir çoxu məhz süni intellekt vasitəsilə yaradılır və bu texnologiyanın xüsusiyyətlərinə dərindən bələd olmaq kibertəhlükəsizlik ekspertləri üçün olduqca əhəmiyyətlidir.

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 5-ci dalğası üzrə 100 tələbəmiz məzun olur. Onlardan 20-si “Red team”, 40-ı “Blue team”, digər 40-ı isə “Purple team” məzunlarıdır. Onu da xüsusi ilə vurğulamaq istərdim ki, “Purple team” təlimləri ölkədə ilk dəfə məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində baş tutub. Bu ilin oktyabr ayında növbəti 40 mütəxəssis üçün sözügedən təlimlər planlaşdırılır.

Məzunlarımıza tədris boyunca “Technion”un peşəkar müəllim heyəti tərəfindən həm nəzəri, həm də praktiki biliklər aşılandı. 5-ci dalğa çərçivəsində müxtəlif növ master-klaslar, yarışlar və hakatonlar keçirildi. Bütün bu tədbirlər tələbələrə kibertəhlükəsizlik sahəsində praktiki bacarıqlar əldə etmək, analitik və tənqidi düşünmə qabiliyyətlərini inkişaf etdirmək, komanda ilə işləməyi öyrənmək, peşəkar şəbəkə qurmaq baxımından mühüm töhfə vermiş oldu.

Mərkəzdən məzun olan gənclər uğurla iş tapır və peşəkar fəaliyyətə başlayırlar. Tələbələrin əmək bazarına daha yaxşı hazırlaşmaları üçün Mərkəzdə insan resursları mütəxəssisləri tərəfindən karyera inkişafı yönündə təlimlər təşkil olunur və onların iş mühitinə inteqrasiyası təşviq edilir. Eyni zamanda, tələbələrin real iş proseslərini yaxından tanımaları üçün müxtəlif müəssisələrə ziyarətlər təşkil olunur. Bu kimi addımların nəticəsi olaraq, ilk 4 dalğa üzrə məzunların 74 faizi sahələrinə uyğun şəkildə işlə təmin olunub. Onlar hazırda həm özəl, həm də dövlət sektorlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. İlk dəfədir ki, 5-ci dalğa tələbələrin 28 faizi tədris müddətinin 5-ci ayında artıq iş təklifləri alıb. Bu da onu göstərir ki, tədris tamamlanmamışdan əvvəl tələbələrin təxminən 30 faizi əmək bazarına uğurla daxil olub.

Bu rəqəmlərin arxasında isə real uğur hekayələri dayanır. Bu sahədə düzgün yönləndirmə və keyfiyyətli hazırlıq real nəticələrə gətirib çıxarır. Məhz bu məqsədlə biz təhsillə daha sıx inteqrasiyaya xüsusi önəm veririk”, - deyə F.Osmanov vurğulayıb.

İRİA-nın sədri: Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar