“Mələk investorlar”ın yatırımlarının cəlb olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması üçün bir neçə mühüm element var. Bunlardan da biri məhz startapların rahat maliyyələşmə alətləri ilə təmin olunması və müvafiq maliyyələşmə resurslarına çıxışının asanlaşdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov deyib.
“Bu gün beynəlxalq təcrübə nəzərə alınaraq bu istiqamətdə həm müvafiq maliyyələşmə, “Mələk investorlar”ın yatırımlarının cəlb olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda ölkəmizdə üç vençur fondu formalaşdırılmışdır və onların sayının artırılması istiqamətində da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən işlər aparılır. Artıq 30-dan çox startap vençur fondları vasitəsilə investisiya layihələri həyata keçirilib və bunun da genişləndirilməsi istiqamətində müvafiq qurumlarla birgə işlər aparılır”, - deyə Fərid Osmanov əlavə edib.