Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər davam edir VİDEO
Füzuli, 17 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Şəhəri Günü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində tamaşa nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən "Çəkməli pişik” tamaşasının nümayişi olunub. Balacaların sevinc və marağına səbəb olan tamaşa yaddaqalan anlarla davam edib.
Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilir. Füzuli şəhəri iki ildir ki, doğma sakinlərinə qucaq açıb. Növbəti dəfə Füzuli Şəhəri Günü doğma sakinlərin iştirakı ilə qeyd edilir.
Qeyd edək ki, Füzuli şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.