Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Xalça Muzeyində “Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb

Bakı, 5 fevral, Günel Alıyeva, foto Azər İbrahimov, AZƏRTAC

Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi barədə məlumat verib. O qeyd edib ki, “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi mədəni yaddaşımızın, mənəvi dəyərlərimizin və tarixi irsimizin qorunmasına xidmət edən mühüm hadisədir.

Əminə Məlikova layihənin ərsəyə gəlməsi prosesindən də danışaraq sərginin təşəbbüskarı Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevaya təşəkkürünü bildirib. Direktor vurğulayıb ki, Zirə Cümə məscidində unikal eksponatların mövcudluğunun şahidi olub və bu nümunələrin toplanması, qorunması, eləcə də ictimaiyyətə təqdim edilməsi mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında sərginin gözəl təşəbbüs və uğurlu ideya olduğunu bildirib. O qeyd edib ki, məscidlərimiz və dini məkanlarımız xalqımızın və tariximizin ayrılmaz hissəsidir.

“Bu məkanlar bu gün də fəaliyyət göstərir, mənəvi həyatımızda öz yerini qoruyub saxlayır. Eyni zamanda, muzeylərimizdə, xalça sərgilərində və müxtəlif ekspozisiyalarda nümayiş olunan tarixi-mədəni irsimiz cəmiyyətimiz üçün böyük dəyər daşıyır. Bu sərgi məhz həmin iki aləmi – dini məkanla mədəni irsi bir araya gətirməsi baxımından xüsusilə əhəmiyyətlidir”, – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, bundan sonra digər muzeylər, o cümlədən Azərbaycan Milli Xalça Muzeyi də bu cür sərgilərin təşkilinə daha geniş şəkildə qoşula bilər. O vurğulayıb ki, bu, həm zəruridir, həm də cəmiyyət üçün faydalıdır. Ən əsası isə məscidlərlə mədəniyyət ocaqları arasında vəhdətin yaranmasıdır ki, bu da müsbət haldır.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, maddi və qeyri-maddi mədəni irsimizin qorunması, müasir dövrdə təbliği və gələcək nəsillərə ötürülməsi Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir.

Günay Əfəndiyeva vurğulayıb ki, təmsil etdiyi Xəzər və Pirallahı rayonlarının ərazisində çoxsaylı mədəni, dini və tarixi abidələr mövcuddur. Onun sözlərinə görə, sərgidə təqdim olunan eksponatlar uzun illər məscidin özündə, eləcə də sakinlərin arxivlərində, evlərində, nənələrin sandıqlarında qorunub saxlanılıb.

Deputat, həmçinin qeyd edib ki, Zirə Cümə məscidi qədim dini ibadət məkanlarımızdan biridir.

“Məscid 2016-cı ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunub. Məscidi ziyarət edərkən imam və dini rəhbər Hacı Qədirlə görüşdüm, o, məscidin tarixi və burada qorunan əşyalar barədə ətraflı məlumat verdi. Daha sonra xalçalara və digər nümunələrə baxdıqda gördüm ki, bu məscid, eyni zamanda, kiçik bir muzeyi xatırladır. Burada yalnız Azərbaycana məxsus əl sənəti nümunələri deyil, müxtəlif ölkələrdən gətirilmiş dəyərli eksponatlar da yer alır: Özbəkistan, Türkiyə, İran, İraq, Türkmənistan və digər ölkələrdən olan nümunələr”, – deyə Günay Əfəndiyeva qeyd edib.

Daha sonra deputat sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, bu cür təşəbbüslərin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, sərgi xalqımızın böyük tarixinin, yaddaşının və mədəni irsinin təcəssümüdür. Onun sözlərinə görə, belə təşəbbüslərə dövlət başçısı tərəfindən hər zaman xüsusi diqqət və önəm göstərilir. İcra başçısı vurğulayıb ki, bu cür layihələr cəmiyyətimizi daha da birləşdirəcək, milli-mədəni dəyərlərimizin qorunmasına və təbliğinə mühüm töhfə verəcək.

Elşən Salahov təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib, həmçinin qəsəbə sakinlərinə, ziyalılara və ağsaqqallara təşəkkür edib. O, bu cür eksponatların qorunub saxlanılmasının mədəni irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra Zirə Cümə məscidinin dini icmasının sədri Hacı Qədir Nəcəfov çıxışında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevaya daim göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

O, məsciddə qorunan tarixi əşyaların illər boyu insanların inancına, dualarına və mənəvi həyatına şahidlik etdiyini vurğulayaraq, bu irsin qorunması və ictimaiyyətə təqdim olunması istiqamətində göstərilən diqqəti yüksək qiymətləndirib.

“Biz bilirik ki, ölkəmizdə dəyərlər həssaslıqla qorunur. Əgər bir insan nənəsinin kəlağayısını, babasının papağını əmanət kimi gətirib təqdim edirsə, bu, böyük etimaddır. Bu əmanətləri möhkəm qorumaq, saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır. Çünki milli irsi qoruyanda, həmin irs də sonda səni qoruyur”, – deyə Hacı Qədir Nəcəfov qeyd edib.

Onun sözlərinə görə, İrəvanda bir zamanlar Sərdar, Rəcəb Paşa, Hacı Novruzəli bəy, Sərtib xan məscidləri və digər ibadət ocaqları fəaliyyət göstərib. O bildirib ki, bu gün yeganə Göy məscid Qərbi Azərbaycanın dini-mədəni ənənələrinin yaşadılmasında xüsusi rol oynayır.

Dini icmanın sədri vurğulayıb ki, məscid təkcə ibadət yeri deyil, eyni zamanda mədəniyyətin, maarifin və tarixi irsin qorunduğu məkan, gələcək nəsillərə körpü ola bilən mənəvi ocaqdır.

Tədbir çərçivəsində Zirə Cümə məscidi haqqında “Tarixin əmanəti” adlı qısametrajlı film nümayiş olunub. Filmin rejissoru Mübariz Nağıyevdir.

Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə milli-mənəvi və mədəni dəyərlərin, tarixi yaddaşın, eləcə də xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edir.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.

Qeyd olunub ki, sərgidə təqdim edilən tarixi-mədəni irs nümunələri təkcə keçmişin yadigarı deyil, həm də Azərbaycanda mövcud olmuş xeyriyyəçilik ənənəsinin yaşadılmasının göstəricisidir. Bu nümunələrin məscidlərdə qorunması milli dəyərlərə yüksək diqqətin, humanizm ideyalarının və ictimai həmrəyliyin təzahürü kimi dəyərləndirilir.

Tədbir bədii hissə ilə davam edib.

Proqramda Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblının ifasında “Azərbaycan süitası” və “Qaytağı süitası” təqdim olunub, “Zəfər” muğam qrupu tərəfindən isə milli musiqi nümunələri səsləndirilib.

Sərgi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Zirə Cümə Məscidinin memarı tanınmış Azərbaycan memarı, professor Elçin Əliyevdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub

Ötən il yanğınların sayında azalma qeydə alınıb

Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib

Sabah qar yağacaq, güclü külək əsəcək

Ekspert: Azərbaycan münaqişədən sonra yalnız hərbi deyil, hüquqi ədalət modelini də formalaşdırdı

Millinin baş məşqçisi: Daşkənddəki oyunlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı

Portuqaliyanın yeni Prezidenti seçilib

Qusarda “Ay işığı” restoranında normativ tələblərin pozulduğu müəyyən edilib

Azərbaycanda reallaşan Dövlət Proqramlarının iqtisadiyyatın fərqli sektorlarının inkişafına xüsusi töhfəsi var – ŞƏRH

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

İnnovativ kommunikasiya kontekstində dilçilik və tədris metodikası - beynəlxalq konfrans

Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

Dənizin dostu, səmanın yaraşığı

Dehli məktəblərində bomba həyəcanı: şagirdlər təxliyə edilib

Azərbaycan nümayəndə heyəti “World Defense Show” sərgisində iştirak edib

Türkiyə əhalisinin sayı 86,1 milyon nəfərə yaxınlaşıb

Şəxsi və ailə sirrini yayanlar məsuliyyət daşıyırlar – Ali Məhkəmə

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya üzrə İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir

Azərbaycanın Orta Dəhliz sistemində rolu – TITR Assosiasiyasının nümayəndəsi ilə MÜSAHİBƏ

“Böyük Dəbilqə”nin qalibi: İstəyirəm ki, uğurlarımın ardı daha böyük turnirlərdə gəlsin

Pakistan Fələstinə 28-ci humanitar yardım partiyasını göndərib

Qış Olimpiadası: İsrail idmançıları qarət olunublar

Qazaxıstanda 2030-cu ilədək kömür generasiyasının inkişafı üzrə Milli Plan layihəsi hazırlanıb

Sənan Hacıyev: Hüquq təhsili zəruri praktik bacarıqlardan ayrı qala bilməz

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

İndoneziya cari ildə dabaq xəstəliyinə qarşı 4 milyon doza peyvənd paylayacaq

Bakı Hərbi Məhkəməsinin qərarı cəzasızlıq dövrünün geridə qaldığını təsdiqləyir ŞƏRH

Yaşar Güler: Gündəlikdə Türkiyə qoşunlarının Suriyadan çıxarılması məsələsi yoxdur

Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək

Başa çatan məhkəmə prosesi hüquq və beynəlxalq ədalət baxımından dönüş nöqtəsidir - RƏY

AQTA-nın və DİN-in birgə reydi: Tərtərdə at əti aşkarlanıb

Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq

Federasiya rəsmisi: Təcrübəsiz şahmatçıların ölkə çempionatında sonadək irəliləməsi böyük möcüzə olar

Azərbaycan memarlığı Şərq və Qərb ənənələrinin sintezini özündə əks etdirir ŞƏRH

bp-nin yeni regional prezidenti Bakı Ali Neft Məktəbində olub

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol VİDEO

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol VİDEO

Cəzasızlıq sindromunun qırıldığı anlar: Bakıda yekunlaşan məhkəmə prosesinin əhəmiyyəti - ŞƏRH

Kuba beynəlxalq aviasiya şirkətlərini yanacaq qıtlığı ilə bağlı xəbərdar edib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı 2 medalla başa vurub

Memarlar İttifaqının katibi: Əcəmi irsinin təbliği ilə bağlı tədbirlər davam etdiriləcək

“Technion” Universitetinin direktoru: Azərbaycan kibertəhlükəsizlik sahəsində güclü insan kapitalı formalaşdırır VİDEO

“Technion” Universitetinin direktoru: Azərbaycan kibertəhlükəsizlik sahəsində güclü insan kapitalı formalaşdırır VİDEO

Qəbələdə musiqi bayramı: “Qış nağılı” II Beynəlxalq Festivalı yekunlaşdı

Səudiyyə Ərəbistanı Dünya Müdafiə Sərgisində “ağıllı” dəbilqəni təqdim edib

Son üç ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

“The Jerusalem Post”: İsrail İrana zərbə endirə biləcəyi barədə ABŞ-ı xəbərdar edib

Türk irsinin yaddaşı: köç prosesi və dil

Bərdədə “Ağ saray” şadlıq sarayında nöqsanlar aşkarlanıb

İsrail səfiri: Kibertəhlükəsizlik artıq yalnız texniki sahə deyil, strateji prioritetdir VİDEO

İsrail səfiri: Kibertəhlükəsizlik artıq yalnız texniki sahə deyil, strateji prioritetdir VİDEO

Mülki dövriyyəsi məhdudlaşdırılmış hərbi texnika və sursatla bağlı qaydalara yeni tələblər tətbiq edilib

Son iki gündə 105 cinayətin açılması təmin edilib

Samir Məmmədov: Azərbaycanda 7 mindən çox şəxs kibergigiyena üzrə biliklərini artırıb VİDEO

Samir Məmmədov: Azərbaycanda 7 mindən çox şəxs kibergigiyena üzrə biliklərini artırıb VİDEO

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək VİDEO

Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək VİDEO

Velosiped qəzası ölümlə nəticələnib

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır

Əziz Ələkbərli: Köçəryan, Sarkisyan kimi müharibə caniləri də Azərbaycana təhvil verilməli və xalqımız qarşısında mühakimə olunmalıdırlar

İngiltərəli futbolçu əsrin üçüncü onilliyinin ən məhsuldar müdafiəçisi olub

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib VİDEO

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib VİDEO

Avropada ekstremal hava şəraiti onlarla insanın ölümünə səbəb olub

Tailandda bina çöküb, dağıntıların altında qalanlar var

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Özbəkistanda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib

Yaponiyada dünyada ən böyük AES-in fəaliyyəti bərpa edilib

Qazaxıstanda qar uçqunu olan ərazidə 12 nəfər xilas edilib

Dünya bazarında qızıl 80 dollar bahalaşıb VİDEO

Dünya bazarında qızıl 80 dollar bahalaşıb VİDEO

Neftin qiyməti geosiyasi təzyiq altında qalmaqda davam edir

® “Araz” supermarketlər şəbəkəsi 100-dən çox əməkdaşının övladına təhsil təqaüdü verir

Dünya birjalarında neft ucuzlaşıb

Nazir müavini: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Türkmənistan mətbuatı Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına geniş yer ayırıb

NBA: “Toronto Reptors” və “Los-Anceles Klippers” növbəti qələbələrini qazanıb

Balakəndə yanğında 100 ev quşu tələf olub

İRİA rəsmisi: Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq reytinqdə yüksəlir

BDYPİ: Zolaqlar üzrə nizamlı hərəkət yol mədəniyyətinin göstəricisidir VİDEO

BDYPİ: Zolaqlar üzrə nizamlı hərəkət yol mədəniyyətinin göstəricisidir VİDEO

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması ilə bağlı prioritetlərindən danışılıb

Avtobusda cibgirlik edən şəxs tutulub VİDEO

Avtobusda cibgirlik edən şəxs tutulub VİDEO

Azərbaycan Premyer Liqası: “Kəpəz” “İmişli”yə, “Turan Tovuz” autsayderə qarşı

Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib

DİN: Növbəti əməliyyatı zamanı 21 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycanda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb

Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi

Azərbaycan karateçiləri Kiprdə keçirilən çempionatda 6 medal qazanıblar

Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verib

Xaçmazda narkotik təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Cənubi Koreyada helikopter qəzasında 2 pilot ölüb

Yaponiyanın hakim partiyası parlamentin aşağı palatasında rekord sayda yerin üçdə ikisini qazanıb

“Bloomberg”: Starmer gələn həftə istefa verə bilər

Mask: Ayda ilk şəhər 10 il ərzində salına bilər

Media: Qərb ölkələri Rusiya iqtisadiyyatını düzgün qiymətləndirməyib

ABŞ patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib

İspaniya La Liqası: “Atletiko” evdə uduzub, “Real Madrid” səfərdə qalib gəlib

Meksikada 5,7 bal gücündə zəlzələ baş verib

A Seriyası: “İnter”dən 5 cavabsız qol, “Yuventus” xal itirib

PSJ 3 xalı darmadağınla qazanıb

Nigeriyada avtomobil qəzasında 30-dan çox insan həlak olub

Fransa və Ukrayna birgə PUA-ların hazırlanması barədə razılığa gəliblər

Livanda beşmərtəbəli bina çöküb, ölənlər var

Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Liverpul” üzərində əzmkar qələbə qazanıb