Dehli məktəblərində bomba həyəcanı: şagirdlər təxliyə edilib
Bakı, 9 fevral, AZƏRTAC
Hindistanda bir neçə məktəb elektron poçt vasitəsilə bomba təhdidi barədə xəbərdarlıq aldıqdan sonra paytaxt Dehlidə təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.
AZƏRTAC xəbər verir ki, “The Times of India” qəzetinin məlumatına görə, məktəblərdəki şagirdlər və işçilər təxliyə edilib. Polis bölmələri və partlayıcı qurğular üzrə mütəxəssislər hadisə yerinə gəliblər. Bomba axtarışına kinoloqlar və itlər də cəlb olunub. Eyni zamanda, hədələyici elektron məktubların mənbəyi araşdırılır.
Yanvar ayında da Hindistanın hakimiyyət orqanları oxşar elektron məktublar aldıqdan sonra paytaxt məktəblərində təhlükəsizlik tədbirlərini gücləndirmişdi. Lakin sonradan bu təhdidlərin hamısının yalan olduğu ortaya çıxmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]